Menu
Xəbər Lenti
İsrail atəşkəsi pozdu
Dünən, 11:01

İsrail atəşkəsi pozdu

Polis silah-sursat götürdü
13-04-2026, 11:33

Polis silah-sursat götürdü

14 yolda tıxac var - Siyahı
13-04-2026, 11:07

14 yolda tıxac var - Siyahı

17 Fevral 2026 05:28Manşet / Maraqlı

Qiyməti ilə “Ginnesin Rekordlar Kitabı”na düşdü

 

Amerikalı kontent yaradıcısı və güləşçi Loqan Paula məxsus “Pokemon” kolleksiya kartı ABŞ-də 16,5 milyon dollara alıcı taparaq, “Ginnesin Rekordlar Kitabı”na düşüb.

“Qafqazinfo” xəbər verir ki, bu, indiyə qədər hərracda satılan ən bahalı kolleksiya kartı hesab olunur.

Kart cizgi filminin məşhur personajı “Pikaçu”nun orijinal dizayneri Atsuko Nişida tərəfindən hazırlanıb. Loqan Paul kartı əvvəlcə 2021-ci ildə 5,2 milyon dollara almış və sonradan hərraca çıxarmışdı.

Alıcı ABŞ Prezidenti Donald Trampın kommunikasiya direktoru vəzifəsində çalışmış Entoni Skaramuççinin oğlu Entoni Skaramuççi-kiçik olub. Nadirliyi ilə diqqət çəkən kart satışa çıxarıldığı 41-ci gündə yeni sahibini tapıb.