Menu
Xəbər Lenti
ZAHİD HƏBİBOĞLU — 55
10-10-2026, 11:50

ZAHİD HƏBİBOĞLU — 55

“Azeri Light” ucuzlaşdı
10-10-2026, 11:32

“Azeri Light” ucuzlaşdı

Neftimiz bahalaşdı
8-10-2026, 10:30

Neftimiz bahalaşdı

17 Fevral 2026 05:16Manşet / Kriminal

Moskvada azərbaycanlı cütlük faciəvi şəkildə öldü - 5 yaşlı uşaqları da görüb

 

Rusiyanın paytaxtı Moskvada yaşayan azərbaycanlı cütlük faciəvi şəkildə həyatına son verib.

“Qafqazinfo” MK-ya istinadən xəbər verir ki, hadisə Salaryevo Park yaşayış kompleksində qeydə alınıb.

Belə ki, bir kişi və bir qadının cəsədi binanın yaxınlığında tapılıb. İlkin ekspertiza onların xəsarətlərinin intihardan qaynaqlandığını göstərib.

Faciə zamanı cütlüyün 5 yaşlı uşağı mənzildə olub.

Hazırda uşaq müvəqqəti olaraq hüquq-mühafizə orqanlarının nəzarətinə götürülüb və onun təhlükəsizliyi təmin edilib.