Xeyriyyəçi ziyalı xanım Zərniyar Kərimova: Maarifçiliyin, həqiqətin və milli dəyərlərin təntənəsi
22 İyul – Milli Mətbuat və Jurnalistika Günü: Milli düşüncənin və dövlətçilik ənənələrinin daşıyıcısı
Xeyriyyəçilik və sahibkarlığın vəhdəti: “EL Holding”in rəhbəri Elçin Muradovun nümunəvi fəaliyyəti
GİKM TƏRƏFİNDƏN REGİONLARDA SÜNİ İNTELLEKT MÖVZUSUNDA MAARİFLƏNDİRİCİ SESSİYALAR KEÇİRİLİB
"Best Energy Group" MMC-nin rəhbəri Sahib Süleymanov – vətənə, dövlətə və insanlara xidmət nümunəsi
Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev: Milli mətbuatın şərəfli yolu və cəmiyyət qarşısındakı missiyası
Nuru Abdurahmanov – Göyçayın inkişafına xidmət edən, vətənpərvər və məsuliyyətli bələdiyyə sədri
Aqil Niftəliyev – yol təsərrüfatının inkişafına töhfə verən, dövlətə və xalqa sədaqətlə xidmət edən rəhbər
Green Villa Baku (Greenville Residence) – müasir yaşayış konsepsiyasını təbiətlə birləşdirən nümunəvi layihə
İşıq sürətinin fotosu çəkildi - 100 il sonra ilk dəfə
İlk dəfə işıq sürətinin fotosu çəkilib və 100 illik bir nəzəriyyə eksperimental olaraq sübut edilib.
“Qafqazinfo” xəbər verir ki, “Terrell-Penrouz effekti” ilk dəfə laboratoriya şəraitində vizuallaşdırılıb.
Yeni araşdırma göstərib ki, işıq sürətinə yaxın sürətlə hərəkət edən bir cisim, əvvəllər düşünüldüyü kimi, fotoşəkildə sıxılmış formada görünmür. Əksinə, obyekt sanki öz oxu ətrafında fırlanmış kimi təsir bağışlayır.
Avstriyalı alimlər 100 ildir sübutu gözlənilən Albert Eynşteynin xüsusi nisbilik nəzəriyyəsinin ən maraqlı nəticələrindən biri olan “Terrell-Penrouz effekti”ni ilk dəfə laboratoriyada müşahidə etməyə nail olublar.
Təməlləri 1924-cü ildə fizik Anton Lampa tərəfindən qoyulan və 1959-cu ildə Rocer Penrouz və Ceyms Terrell tərəfindən ətraflı təsvir edilən bu nəzəriyyəyə görə, işıq sürəti ilə hərəkət edən bir kubun şəkli çəkildikdə, işığın kameraya çatma vaxtındakı fərqlər səbəbindən obyekt yalnız ön hissəsi ilə deyil, yan və künc hissələri ilə birlikdə görünür.
Başqa sözlə, obyekt kiçilmək əvəzinə, kameraya bir qədər dönmüş kimi optik illüziya yaradır. Bu nəzəriyyə illərdir eksperimental təsdiqini tapmamışdı.
Vyana Texniki Universiteti (TU Wien) və Vyana Universiteti tədqiqatçıları effekti müşahidə etmək üçün saniyədə təxminən 300 milyon metr sürətlə hərəkət edən işığın görüntüsünü əldə etməyin yolunu tapıblar.
Komanda obyekti mikronazik təbəqələrə bölərək, lazer impulsları vasitəsilə ayrı-ayrılıqda fotoşəkillər çəkib və daha sonra bu təbəqələri birləşdirib. Bu mürəkkəb qurğu sayəsində işığın hərəkəti saniyədə cəmi 2 metr sürətlə gedirmiş kimi simulyasiya olunub.
Təcrübələr nəzəriyyəni tam təsdiqləyib. Müəllif Peter Şattşnayder nəticəni belə izah edib: kub əyilmiş kimi görünür, kürə formasını saxlayır, lakin şimal qütbü fərqli mövqedə müşahidə olunur.
İndiyədək CERN kimi mərkəzlərdə subatom hissəcikləri işıq sürətinə yaxın həddə sürətləndirilsə də, onların fiziki formasını birbaşa vizuallaşdırmaq mümkün olmayıb.
Yeni eksperimental sistem yalnız “Terrell-Penrouz effekti”ni sübut etmir, eyni zamanda, xüsusi nisbilik nəzəriyyəsi ilə bağlı digər nəzəri proqnozların da yoxlanılması üçün yeni imkanlar yaradır.























































