Qaradağ rayon Qobustan qəsəbəsində itkin düşmüş Şəhid Cəlal Abdullayevin anım günü keçirildi
Şuşa Dövlət Dram Teatrında Şəhid kapitan Əli Abbasquluzadə və kəşfiyatçı Elman Əliyevin mövlud günü tədbiri keçirildi
Geofizika və Geologiya İdarəsinin rəisi Ziya Rəhimov-Neftçi əməyinə ehtiram, dövlətçilik ənənələrinə sədaqət
20 sentyabr – Azərbaycanın Dövlət Suverenliyi Günü milli qürur və dövlətçilik tariximizin şərəfli səhifəsidir
Xeyriyyəçi, vətənpərvər xanım Zərniyar Kərimova - Vətən sevgisi, dövlətçilik ruhu və neftçi əməyinə ehtiram
Hər bir müraciət qeydiyyata alınaraq problemlərin aradan qaldırılması istiqamətində aidiyyəti üzrə müvafiq göstəriş və tapşırıqlar verilib
Sentyabrın 17-də Yeni Azərbaycan Partiyası (YAP) İsmayıllı rayon təşkilatının XI konfransı keçirilib.
“Daş abidə” parkının yerini kim alıb? - Bu tikintiyə kim icazə verib?... - Yenilənib - VİDEO
16 yaşlı boksçu sınaq döyüşü zamanı öldü
III MDB Oyunlarında bürünc medal qazanan boksçu, 16 yaşlı Əli Ruşanov ölüb.
“Qafqazinfo” “Unikal”a istinadən xəbər verir ki, gənc boksçu məşqçi atasının yetirmələrinin yarışını izləmək üçün paytaxta gəlibmiş və orada ölüb.
2010-cu il təvəllüdlü Əli Fazil oğlu Ruşanov dəfələrlə ölkə və beynəlxalq yarışlarda uğurlu çıxışları ilə yadda qalıb.
O, təcrübəli məşqçi olan atası Fazil Ruşanovun yetirmələrinin çıxışlarını izləmək niyyətində olub. İlkin məlumata görə, yıxılaraq xəsarət alan gənc boksçu Bakıda dünyasını dəyişib.
***
Azərbaycan Boks Federasiyasından “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, bu gün iki yeniyetmə boksçu - Vaqif Rüfət oğlu Məhəmmədli və Əli Fazil oğlu Ruşanov arasında şəxsi məşqçilərinin istəyi ilə sınaq döyüşü (sparrinq) keçirilib.
“6-7 dəqiqə davam edən sparrinq zamanı Əli Ruşanov huşunu itirərək yerə yıxılıb. Dərhal təcili yardım briqadası müdaxilə edib və o, 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılsa da, orada vəfat edib.
Vaqif Məhəmmədli və Əli Ruşanov yaxın günlərdə keçiriləcək yeniyetmələr arasında Azərbaycan çempionatına hazırlaşmaq üçün məşqçiləri ilə birgə Bakıya gəliblər.
Hadisə ilə bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır”, - federasiyadan qeyd edilib.























































