Vətənə və dövlətə bağlı sahibkarlığın nümunəsi – Minera Group şirkətlər qrupunun təsisçisi və rəhbəri Xudaqulu Rzayev
Həkim Pərvaz Kişiyevin fəaliyyəti ilə bağlı suallar cavabsız qalır – rəsmi qurumların susqunluğu ictimai narahatlıq yaradır
Xudayar Rəhimov – Cəlilabadın yol təsərrüfatının inkişafına töhfə verən rəhbər, şəhid ailələri və qazilərin yaxın dostu
İSMAYIL ZALOV: “İNSAN HÜQUQLARINA HÖRMƏT EDƏK, QANUNLARI POZMAYAQ, AZADLIĞIMIZIN QƏDRİNİ BİLƏK”
Mehdiyev-Kərimli işində yeni audio-video materiallar yayımlanacaq
Məlum olduğu kimi, dövlət hakimiyyətinin ələ keçirilməsinə yönələn hərəkətlərə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev, Abbas Abbasov, Əli Kərimli, Fuad Qəhrəmanlı, Qənimət Zahid və digərlərinin barəsində cinayət işi üzrə mətbuata rəsmi məlumat təqdim edilib. İctimaiyyətə əlavə məlumatlar veriləcəyi bildirilib.
“Qafqazinfo” xəbər verir ki, sözügedən son məlumat müəyyən videogörüntülərin və səs yazılarının yayımlanması ilə müşayiət edilib və bir sıra faktların mahiyyətinin aydınlaşmasına, gizli məqamların ifşa olunmasına və Azərbaycan ictimaiyyətində geniş müzakirələrə səbəb olub.
Hazırda redaksiyamızın əldə etdiyi məlumatlara əsasən, həmin məsələlərlə bağlı daha geniş həcmdə audio-video materialların yayımlanacağı məlum olub.
Qeyd edək ki, dövlətin və xalqın maraq və mənafeyinə qarşı yönələn cinayət əməllərinin bilavasitə təsbit olunduğu, araşdırmalar gedişində yeni əldə edilmiş materialların yayımlanması, yaxud mövcud materialların məxfiliyinin zamanla aradan qaldırılması və ictimai məlumatlılığın təmin edilməsi dünya təcrübəsində geniş yayılmış praktikadır.























































