Hər kəs öz hekayəsinin qəhrəmanıdır... Qalibin yaşı olmur... Kiçik qəhrəmanın Böyük yolu
Qaradağ rayon Qobustan qəsəbəsində itkin düşmüş Şəhid Cəlal Abdullayevin anım günü keçirildi
Bərdədə ölümlə nəticələnən qəzada xəsarət alanların son vəziyyəti
Bərdə rayonunun Gərənə kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların son vəziyyəti məlum olub.
Oxu.Az-ın sorğusuna cavab olaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, fevralın 12-də saat 20:15-də baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı iki nəfər (kişi) Bərdə Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
"Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin olunub. Onlardan 2001-ci il təvəllüdlü şəxsə ilkin tibbi yardım göstərilib və ixtisaslı tibbi xidmətin göstərilməsi üçün Gəncə Şəhər Birləşmiş Xəstəxanasına təxliyə edilib.
1973-cü il təvəllüdlü şəxsə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb.
Hadisə nəticəsində 1999-cu il təvəllüdlü şəxsin həkiməqədər ölüm faktı qeydə alınıb", - deyə məlumatda vurğulanır.
Qeyd edək ki, qəza zamanı "Mercedes" markalı avtomobil VAZ-2106 markalı maşınla toqquşub. Hadisə nəticəsində VAZ-2106-nın sürücüsü Elməddin Ocaqverdiyev hadisə yerində həlak olub.
Avtomobillərdə olan Vasif İsfəndiyar oğlu Musayev və Elçin Kamil oğlu Əhmədov xəsarət alıblar.
Əzizə İsmayılova























































