Deputat: Müasir Azərbaycan müstəqil siyasət həyata keçirir, nəqliyyat, enerji və siyasi layihələri inkişaf etdirir
Dövlətə və dövlətçiliyə sədaqətli xidmətin nümunəsi – Taleh Məmmədova ad günü təbriki!
“Heydər Əliyev - Azərbaycan fenomeninin uydurulmamış tarixi” kitabı xarici müəllifin Azərbaycan həqiqətlərinə baxışıdır
Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi
Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkiyə, Rusiya, İrlandiya, İsrail və Azərbaycan — Bakıda bir ideya ətrafında səkkiz ölkə
Minaya düşənlər şəhid Ruhin Qəhrəmanovun atası ilə qardaşıdır minaya-dusenler-sehid-ruhin-qehremanovun-atasi-ile-qardasidir
TƏBİB – insan sağlamlığına və vətəndaş məmnunluğuna xidmət edən mühüm səhiyyə qurumu
Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatı
“SABAH.city”də AzTU-nun süni intellekt əsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq
“Kristal Abşeron” MTK-dan yenə də ŞİKAYƏT VAR! – Sakinlərin sualı cavabsız qalır – İDDİA
71 yaşlı kişiyə bəraət verildi - 41 illik dostu şikayətçi idi
41 illik dostunun şikayəti əsasında cinayət məsuliyyətinə cəlb edilən 71 yaşlı Nazim Xudaverdiyevin günahsız olduğu təsdiqlənib.
“Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm elan edilib.
Məhkəmə prosesində əvvəlcə ahıl müttəhimin vəkili Esmira Tağıyeva müdafiə çıxışı edib.
Vəkil bildirib ki, müvəkkili heç bir əsaslı sübut olmadan dələduzluq və rəsmi sənədləri saxtalaşdırma kimi ağır cinayətlərdə təqsirləndirilir.
Esmira Tağıyeva müdafiəsini Nazim Xudaverdiyevə qarşı dəfələrlə cinayət işinin başlanmasından imtina edilməsi, qarşı tərəfin müxtəlif vaxtlarda ziddiyyətli ifadələr verməsi və digər faktlarla əsaslandırıb.
Vəkil bütün bu əsasların nəzərə alınaraq müvəkkilinə bəraət verilməsini istəyib. Təqsirləndirilən şəxs də son sözündə ədalətli hökm çıxarılmasını məhkəmədən xahiş edib. Mahirə Kərimovanın sədrlik etdiyi məhkəmə kollegiyası müdafiə tərəfinin arqumentlərini əsaslı hesab edib.
Hökmə əsasən, Nazim Xudaverdiyevə bəraət verilib. Həmçinin gələcəkdə təzminat tələb etmək hüququ izah edilib.
Qeyd edək ki, N.Xudaverdiyev həbsdə deyildi. Onun barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmişdi. Bu cinayət işinin təfərrüatları barədə daha əvvəl “Heç bir təqsirim olmaya-olmaya bu yaşımda mühakimə edilirəm” başlıqlı yazımızda geniş məlumat vermişdik.






















































