Deputat: Müasir Azərbaycan müstəqil siyasət həyata keçirir, nəqliyyat, enerji və siyasi layihələri inkişaf etdirir
Dövlətə və dövlətçiliyə sədaqətli xidmətin nümunəsi – Taleh Məmmədova ad günü təbriki!
“Heydər Əliyev - Azərbaycan fenomeninin uydurulmamış tarixi” kitabı xarici müəllifin Azərbaycan həqiqətlərinə baxışıdır
Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi
Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkiyə, Rusiya, İrlandiya, İsrail və Azərbaycan — Bakıda bir ideya ətrafında səkkiz ölkə
Minaya düşənlər şəhid Ruhin Qəhrəmanovun atası ilə qardaşıdır minaya-dusenler-sehid-ruhin-qehremanovun-atasi-ile-qardasidir
TƏBİB – insan sağlamlığına və vətəndaş məmnunluğuna xidmət edən mühüm səhiyyə qurumu
Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatı
“SABAH.city”də AzTU-nun süni intellekt əsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq
“Kristal Abşeron” MTK-dan yenə də ŞİKAYƏT VAR! – Sakinlərin sualı cavabsız qalır – İDDİA
Rəşad Əliyevin öldüyü hadisə ilə bağlı - Yeni fakt - Foto
Fevralın 12-nə keçən gecə 64 yaşlı Rəşad Əliyevin Nardaran qəsəbəsindəki evində dəm qazından boğularaq öldüyü hadisə ilə bağlı bəzi detallar üzə çıxıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisəyə bağ evinin zirzəmisində quraşdırılmış kombi səbəb olub.
Belə ki, kombi aparatının yanmış dəm qazını çölə ötürən hissəsində yaranmış nasazlıq karbon monoksidin zirzəmiyə dolmasına səbəb olub. Daha sonra dəm qazı yuxarı mərtəbəyə qədər yayılıb və evdə olan Rəşad Əliyevlə həyat yoldaşı Dilarə Əliyevanın zəhərlənməsinə səbəb olub. R.Əliyev hadisə yerində vəfat edib. Həyat yoldaşı isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Qeyd edək ki, Rəşad Əliyev əvvəllər yüksək vəzifələrdə çalışıb. O, son illərdə özəl sektorda bir sıra böyük şirkətlərə rəhbərlik edib. 90-cı illərdə Dövlət Baş Xəzinədarlığının direktor müavini, Qiymətli Kağızlar və Bank Əlaqələri Departamentinin rəisi, Baş nazirin birinci müavininin köməkçisi və digər yüksək vəzifələri tutub. O, daha sonra bizneslə məşğul olmağa başlayıb. 2025-ci ilin noyabrından “IZIA Development” şirkətinin direktoru kimi çalışırmış.
Rəşad Əliyevin atası Firudin Əliyev də tanınmış şəxs olub. O, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi və büro üzvü (1983), Azərbaycan SSR Ali Sovetinin 9-10-cu çağırış deputatı olub. Anası Roza Əliyeva isə Dövlət İdarəçilik Akademiyasının dosentidir.
Rəşad Əliyev həmçinin məşhur polis zabiti, AFFA-nın keçmiş vitse-prezidenti, “Qara polkovnik” ləqəbli Fətulla Hüseynovun bacısı oğludur.
Aslan Vəliyev






















































