Millət vəkili Pərvanə Vəliyeva Bakı Neft-Energetika Kollecində tələbələrlə görüş keçirdi
Xalqına bağlı vətənpərvər iş adamı – “Ekskluziv Elektrik” şirkətinin rəhbəri Elşən İsmayılov
Polşada keçirilən Avropa çempionatında Azərbaycan hapkidoçularından böyük uğur – 4 medal qazanıldı
HƏP İdarə Heyətinin iclasında Prezident İlham Əliyevin siyasi kursunun uğurları geniş müzakirə edildi
23 may 2026-ci il tarixində "Unikal Xaricdə Təhsil və Hüquqi Konsaltinq Agentliyi"nin təşkilatçılığı ilə “Unikal Xaricdə Təhsil Forumu - 2026” keçirildi.
Keçmiş nazir müavininin öldüyü qəza ilə bağlı - Rəsmi açıqlama
Sovet illərində yüksək vəzifələrdə çalışmış 86 yaşlı İbrahim Mustafayev Bakıda yol qəzasında həyatını itirib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə bu gün baş verib. Bildirilib ki, uzun illər dövlət vəzifələrində, eləcə də nazir müavini postunda çalışmış İ.Mustafayev paytaxt ərazisində yolu keçərkən avtomobilin vurması nəticəsində ölüb. Belə ki, o, məşq etdiyi idman zalından çıxıb yolu keçərkən bədbəxt hadisə ilə üzləşib.
Qeyd edək ki, İbrahim Mustafayev 1938-ci ildə Nuxada (indiki Şəki) anadan olub. O, 1977-84-cü illərdə Azərbaycan SSR yerli sənaye nazirinin müavini, 1984-89-cu illərdə V.İ.Lenin adına Şəki İstehsal İpək Birliyinin baş direktoru, 1989-94-cü illərdə Azərbaycan Yüngül Sənaye Nazirliyində şöbə müdiri, “Xalq Üçün Mallar” Dövlət Konserninin İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışıb.
***
DİN-in Mətbuat Xidmətindən sorğumuza cavab olaraq bildirilib ki, hadisə bu gün saat 07 radələrində paytaxtın Nəsimi rayonu Neftçilər prospektində baş verib.
“Chevrolet” markalı avtomobil yolu keçən 2 piyadanı vurub. Piyadalardan biri 1938-ci il təvəllüdlü İ.Mustafayev hadisə yerində ölüb, digəri isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Nəsimi RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Hazırda istintaq araşdırmaları aparılır”, - məlumatda vurğulanıb.























































