Yaqlandın evində axtarış aparılıb - Artıq rəsmən şübhəlidir yaqlandin-evinde-axtaris-aparilib
Dövlət Təhlükəsizliyi əməkdaşları Azərbaycan sabitliyinin və suverenliyinin əsas dayağıdır
“Expressbank” Quba-Xaçmaz regionunda sahibkarlar üçün “Maliyyə savadlığı” təlimi keçirib
Milli dəyərlərə sadiq şəxsiyyət və elm fədaisi – Eldar Quliyev
Azərbaycanın ictimai-siyasi və elmi həyatında özünəməxsus yeri olan, uzun illər dövlətə və xalqa sədaqətlə xidmət edən görkəmli şəxsiyyətlərdən biri də Azərbaycan Respublikası Milli Məclisinin çağırış deputatı, Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı “Azərittifaq”ın sədri, Azərbaycan Kooperasiya Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor, Azərbaycan Ağsaqqallar Şurasının sədri Eldar Quliyevdir. Onun çoxşaxəli fəaliyyəti həm dövlətçilik ənənələrinin möhkəmlənməsinə, həm də ölkənin sosial-iqtisadi inkişafına mühüm töhfələr vermişdir.
Eldar Quliyev uzun illərdir ki, Azərbaycan parlamentində xalqın etimadını doğruldan deputat kimi fəaliyyət göstərir. Dörd çağırış Milli Məclisin üzvü seçilməsi onun cəmiyyət arasında qazandığı yüksək nüfuzun və etimadın bariz göstəricisidir. O, qanunvericilik təşəbbüslərində fəal iştirak etmiş, xüsusilə iqtisadiyyat, sahibkarlıq, kooperasiya və sosial siyasətlə bağlı mühüm məsələlərin müzakirəsində prinsipial mövqe ortaya qoymuşdur. Onun çıxışları və təklifləri hər zaman dövlət maraqlarına və vətəndaş rifahının yüksəldilməsinə xidmət etmişdir.
Azərbaycan Mərkəzi Kooperativlər İttifaqının – “Azərittifaq”ın sədri kimi Eldar Quliyev ölkədə kooperasiya sisteminin inkişafına yeni nəfəs gətirmişdir. Kooperativ hərəkatının müasir çağırışlara uyğunlaşdırılması, regionlarda iqtisadi fəallığın artırılması, kənd təsərrüfatı məhsullarının istehsal və satış mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atılmışdır. Onun rəhbərliyi ilə kooperativ müəssisələrdə yenidənqurma işləri aparılmış, xidmət səviyyəsi yüksəldilmiş, yeni iş yerləri yaradılmışdır. Bu fəaliyyət Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən regionların sosial-iqtisadi inkişafı proqramları ilə səsləşir və həmin strategiyanın praktik müstəvidə uğurla icrasına xidmət edir.
Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi siyasət nəticəsində ölkəmizdə qeyri-neft sektorunun inkişafı, sahibkarlığın genişlənməsi və iqtisadi şaxələndirmə prosesi sürətlənmişdir. Eldar Quliyev də bu siyasəti daim dəstəkləmiş, rəhbərlik etdiyi qurumlarda dövlət başçısının müəyyən etdiyi prioritetlərə uyğun fəaliyyət göstərmişdir. O, çıxışlarında və ictimai mövqeyində Prezident İlham Əliyevin milli maraqlara əsaslanan siyasətini yüksək qiymətləndirmiş, ölkənin davamlı inkişafı naminə həyata keçirilən islahatların əhəmiyyətini vurğulamışdır.
Azərbaycan Kooperasiya Universitetinin rektoru kimi Eldar Quliyev ali təhsil sistemində yenilikçi yanaşmaları ilə seçilmişdir. Onun rəhbərliyi ilə universitetin maddi-texniki bazası gücləndirilmiş, auditoriyalar və laboratoriyalar müasir avadanlıqlarla təmin edilmiş, tədris proqramları əmək bazarının tələblərinə uyğunlaşdırılmışdır. Universitetdə beynəlxalq əlaqələr genişləndirilmiş, xarici ali təhsil müəssisələri ilə əməkdaşlıq müqavilələri imzalanmışdır. Bu isə tələbələrin daha geniş dünyagörüşə və rəqabətqabiliyyətli biliklərə yiyələnməsinə şərait yaratmışdır.
Professor və iqtisad elmləri doktoru kimi Eldar Quliyev zəngin elmi irsə malikdir. Onun iqtisadiyyatın müxtəlif istiqamətlərinə həsr olunmuş elmi əsərləri, dərslik və monoqrafiyaları həm tələbələr, həm də mütəxəssislər üçün dəyərli mənbədir. O, elmi araşdırmalarında milli iqtisadiyyatın inkişaf perspektivlərini, kooperasiya münasibətlərinin təkmilləşdirilməsi yollarını və sosial rifahın artırılması mexanizmlərini geniş təhlil etmişdir. Elmi fəaliyyətlə idarəçilik bacarığını uğurla birləşdirən Eldar Quliyev praktik təcrübəni nəzəri biliklərlə tamamlayan nadir ziyalılardandır.
Azərbaycan Ağsaqqallar Şurasının sədri kimi o, milli-mənəvi dəyərlərin qorunmasına və təbliğinə xüsusi önəm verir. Ağsaqqal institutu xalqımızın tarixi-mədəni irsində mühüm yer tutur və cəmiyyətdə birlik, həmrəylik, müdriklik rəmzi kimi çıxış edir. Eldar Quliyev bu ənənənin yaşadılması, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi və milli kimliyimizin qorunması istiqamətində ardıcıl fəaliyyət göstərir. Onun təşəbbüsü ilə keçirilən tədbirlər və görüşlər cəmiyyətin müxtəlif təbəqələri arasında dialoqun möhkəmlənməsinə xidmət edir.
Eldar Quliyev həm də sosial məsuliyyət hissi ilə seçilən ictimai xadimdir. O, şəhid ailələrinə və qazilərə diqqət və qayğının göstərilməsini vacib və müqəddəs borc hesab edir. Vətən müharibəsindən sonra ölkədə yaranmış yeni mərhələdə milli birliyin qorunması, qazilərimizin sosial problemlərinin həlli və şəhid ailələrinin daim diqqət mərkəzində saxlanılması məsələlərində fəal mövqe sərgiləmişdir. Bu yanaşma Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial siyasətin əsas istiqamətləri ilə tam uzlaşır.
Onun həyat və fəaliyyət yolu göstərir ki, Eldar Quliyev üçün dövlətçilik prinsipləri, vətənə sədaqət və xalqa xidmət ali dəyərlərdir. O, çalışdığı bütün vəzifələrdə məsuliyyətli, prinsipial və peşəkar mövqeyi ilə seçilmiş, həmkarlarının və tələbələrinin dərin hörmətini qazanmışdır. Sadəliyi, insanlara yaxınlığı və milli maraqlara bağlılığı onun şəxsiyyətini daha da ucaldan keyfiyyətlərdəndir.
Bu gün Eldar Quliyev müasir Azərbaycanın ictimai-siyasi həyatında sanballı söz sahibi olan ziyalı, alim və dövlət xadimi kimi tanınır. Onun çoxillik fəaliyyəti ölkəmizin inkişafına, iqtisadi gücünün artmasına və milli-mənəvi dəyərlərimizin qorunmasına xidmət edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni zirvələr fəth edən Azərbaycanın tərəqqi yolunda Eldar Quliyev kimi təcrübəli və vətənpərvər şəxsiyyətlərin rolu danılmazdır.
Belə ziyalıların fəaliyyəti cəmiyyət üçün örnəkdir. Eldar Quliyev öz zəngin təcrübəsi, elmi potensialı və dövlətə sədaqəti ilə Azərbaycanın gələcək inkişafında da mühüm rol oynamağa davam edəcəkdir.
Fərid Faiqoğlu
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Xezertv.info-nun rəhbəri























































