“AI Career Navigator” proqramı 200-dən çox gənci süni intellektin karyerada rolu ilə tanış edib.
Cəbrayılın aqrar dirçəlişi: Şahin Şirinovun rəhbərlik etdiyi sahənin inkişaf perspektivləri
“Regionlarda könüllü gənclərin bacarıqlarının artırılması və intellektual inkişafına dəstək” layihəsi həyata keçirilib
Ticarətdən birgə istehsala: Azərbaycan və Mərkəzi Asiya arasında yeni iqtisadi model
Deputat: Müasir Azərbaycan müstəqil siyasət həyata keçirir, nəqliyyat, enerji və siyasi layihələri inkişaf etdirir
Dövlətə və dövlətçiliyə sədaqətli xidmətin nümunəsi – Taleh Məmmədova ad günü təbriki!
“Heydər Əliyev - Azərbaycan fenomeninin uydurulmamış tarixi” kitabı xarici müəllifin Azərbaycan həqiqətlərinə baxışıdır
Saqqız udmaq təhlükəlidirmi?
Əvvəllər saqqız tropik bölgələrdə yetişən manilkara (manika) zapota ağacının şirəsindən hazırlanırdı. Elastik quruluş əldə etmək üçün tərkibinə parafin mumu əlavə olunurdu. Zamanla istehsal prosesi dəyişdi və saqqız sintetik kauçuk əsaslı materiallardan hazırlanmağa başladı. Bu isə ona müxtəlif dad və rənglərin verilməsini daha asanlaşdırdı.
“Qafqazinfo” xəbər verir ki, müasir saqqızın tərkibi bir neçə komponentdən ibarətdir: əsas baza kimi lateks və ya sintetik kauçuk, eləcə də, sorbit, dadlandırıcılar, yumşaldıcılar və digər qatqılar istifadə olunur.
Bu maddələrin əksəriyyəti kimyəvi mənşəlidir. Mütəxəssislərin fikrincə, tərkib elementləri həddindən artıq və ya nəzarətsiz istifadə edildikdə bəzi insanlarda həzm sistemi ilə bağlı narahatlıqlara səbəb ola bilər.
Həkimlər bildirirlər ki, saqqız udulduqda mədə və bağırsaqlarda həzm olunmur, lakin bu, onun mədədə ilişib qalması demək deyil. Adətən, saqqız həzm sistemi boyunca hərəkət edərək təbii yolla orqanizmdən xaric olur. Bununla belə, qısa müddətdə bir neçə ədəd saqqızın udulması nadir hallarda bağırsaq keçməzliyi riskini artıra bilər.
Mütəxəssislər saqqızı çeynədikdən sonra udmamağı tövsiyə edirlər. Onun təsadüfən tənəffüs yollarına düşməsi boğulma təhlükəsi yarada, həmçinin bəzi hallarda həzm və tənəffüs sistemi ilə bağlı fəsadlara səbəb ola bilər.























































