ANIM GÜNÜ İLƏ BAĞLI GİKM-İN REGİONAL NÜMAYƏNDƏLİK VƏ BÖLMƏLƏRİNDƏ SİLSİLƏ TƏDBİRLƏR KEÇİRİLİB
Ağırlıqqaldırma üzrə tələbələr arasında ilk dünya çempionumuz Tehran Məmmədov Vətənə qayıdıb
Xətai rayon ictimaiyyəti 27 Sentyabr – Anım Günü ilə əlaqədar şəhid məzarlarını ziyarət edib
“Avtopilot” MMC-nin rəhbəri İqrar Həsənov: 27 Sentyabr – Yarımçıq qalan arzuların əbədi Vətən hekayəsi
Qusar Rayon Yol İdarəsinin rəisi Güloğlan Əliyev: 27 Sentyabr – Zəfərə aparan yolun müqəddəs yaddaşı
Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi Teymur Hacıyev: 27 Sentyabr – Əbədi yaddaşa çevrilən qəhrəmanlıq
Gəncə şəhər İcra hakimiyyətinin başçısı Niyazi Bayramov: 27 Sentyabr – Bir xalqın qürur və ehtiram günü
Vətənpərvər xanım, xeyriyyəçi Zərniyar Kərimova: 27 Sentyabr – Qəlblərdə yaşayan müqəddəs yaddaş
“Gəncə Körpü Tikinti-2” ASC-nin rəhbəri Aqibət Məmmədov: “27 Sentyabr – Yaddaşdan tarixə, tarixdən gələcəyə”
İş adamı Qəzənfər Niftəliyev: 27 Sentyabr – Xalqın yaddaşında əbədi yaşayan qəhrəmanlıq günü
Arif Rəsulov: 27 Sentyabr – Anım Günü: Şəhidlərin əziz xatirəsi qarşısında baş əyirik
27 Sentyabr – Milli iradənin, xalq birliyinin və qəhrəmanlığın tarixə həkk olunduğu gün
Məcid Məmmədov: 44 günlük vətən müharibəsi milli birliyimizin gücünü bütün dünyaya nümayiş etdirdi
İki uşaq anasının ölümünə səbəb olan həkimlə bağlı son qərar
Ali Məhkəmədə ehtiyatsızlıqdan adam öldürməkdə təqsirləndirilən həkim-anestezioloq Babək Mahmudovun barəsindəki qərardan verilən kassasiya şikayətinin bəzi detalları məlum olub.
Oxu.Az Pravda.az-a istinadən xəbər verir ki, hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxsin hüquqi varisi G.Əliyevanın kassasiya şikayətini elan edib.
O, kassasiya şikayətində apellyasiya instansiyasının qərarının qanunauyğun və əsaslı olmadığı bildirilib. Şikayətdə qeyd olunub ki, Cinayət Prosessual Məcəlləsinin (CPM) 398-ci maddəsinə əsasən apellyasiya şikayəti və ya protestinə baxılarkən yekun qərarla yanaşı, CPM-in 398.2-ci maddəsinə uyğun olaraq xüsusi qərar da çıxarıla bilər.
Hüquqi varisin mövqeyinə görə, ittiham aktında şahid qismində göstərilən və faktiki olaraq şahid kimi tanınmış bir neçə şəxs, habelə "Reo-Tibb" klinikasının direktoru Səddam Əliyev və Aysel adlı şəxslərin şəxsiyyətləri müəyyən edildiyi halda, onlar barəsində xüsusi qərar qəbul edilməli idi. Lakin bu məsələ məhkəmə baxışı zamanı diqqətdən kənarda qalıb.
Bundan əlavə, o, ibtidai istintaq və məhkəmə istintaqlarından narazı qaldıqlarını vurğulayıb.
Zərərçəkmiş şəxsin hüquqi varisi kassasiya şikayətində göstərilən halları əsas gətirərək Bakı Apellyasiya Məhkəməsinin qərarının ləğv edilməsini və kassasiya şikayətinin təmin olunmasını xahiş edib.
Eyni zamanda dövlət ittihamçısı kassasiya şikayətinin təmin edilməməsini, məhkum barəsində olan cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul olunmasını istəyib.
Qərara əsasən, şikayət təmin edilməyib.
İttihama görə, Aybəniz Almuradova 2024-cü il iyunun 11-də liposaksiya əməliyyatı üçün "Reo-Med" klinikasına müraciət edib və iyulun 2-də həyatını itirib.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırmalara başlanılıb. Araşdırmaların nəticəsində həkim-anestezioloq Babək Mahmudova Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Binəqədi Rayon Məhkəməsinin hökmü ilə Babək Mahmudov cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 2 il 9 ay azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyib.
Qeyd edək ki, dünyasını dəyişən A.Almuradova iki azyaşlı uşaq anası olub.
İstintaq zamanı müəyyən edilib ki, Babək Mahmudov 2023-cü ildə Azərbaycan Dövlət Tibb Universitetinin Müalicə işi və profilaktika fakültəsini bitirsə də, anesteziologiya-reanimatologiya ixtisası üzrə rezidentura kursu keçməyib. Həmin sahə üzrə praktik tibbi fəaliyyətlə məşğul olması üçün sertifikasiya şəhadətnaməsi almayıb. "Reo-Med" klinikasına əmək müqaviləsi bağlanmadan çalışıb.
Müəyyən edilib ki, əməliyyatdan əvvəl xəstənin nevroloji vəziyyəti, ürək fəaliyyəti nevropatoloq tərəfindən dəyərləndirməyib. "Markain" adlı dərmanın istifadəsindən əvvəl xəstənin allergik reaksiyasının olub-olmadığını müəyyən edilməyib.























































