“Böyük Qayıdış” Gənclər Təşkilatı Ulu Öndərin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirib
ATU rəhbərliyi Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibəti ilə Ulu Öndərin məzarını ziyarət edib
Azərbaycan-Ermənistan sərhədində delimitasiya üzrə işlər nə yerdədir? - Nazirdən AÇIQLAMA
Arzu Əliyeva ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar paylaşım edib
Azərbaycan - Britaniya Peşəkarları Assosiasiyası ilə ATU arasında əməkdaşlıq genişlənir
İlham Əliyev Heydər Əliyevin ömür yolundakı vacib məqamları əks etdirən videoçarx paylaşıb
DYP Kürdəmir Postunun komandiri Ruslan İsayev: “Ulu Öndər Heydər Əliyev – Azərbaycan dövlətçiliyinin xilaskarı”
İş adamı Cəbrayıl Cəbrayılov: “Ümummilli Lider Heydər Əliyev Azərbaycanın dövlətçilik tarixində əbədi imzadır”
Kliniki Tibbi Mərkəzin direktoru Musa Abbasov: “Ulu Öndər Heydər Əliyev və Azərbaycan səhiyyəsinin inkişafı”
Geofizika və Geologiya İdarəsinin rəisi Ziya Rəhimov: “Ulu Öndər Heydər Əliyev və neft strategiyası”
YAP İsmayıllı rayon təşkilatının sədri Zaur Muradov: “Heydər Əliyev – müasir Azərbaycan modeli və dövlətçilik strategiyasının müəllifi”
Taleh Məmmədov: “Heydər Əliyev və müasir Azərbaycan modeli dövlətçilik strategiyasının müəllifi”
Qobustan Rayon Mərkəzi Xəstəxanasının Terapiya Şöbəsinin müdiri Lamiyə Nəsibova: “Ulu Öndər Heydər Əliyev və tibb sahəsində uğurlar”
Qobustan Rayon Mərkəzi Xəstəxanasının direktoru Günay Muradova: “Ulu Öndər Heydər Əliyev - Azərbaycan səhiyyəsinə layiqli xidmətin nümunəsi”
Qobustan Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Xəyalə İmanova: “Ulu Öndər Heydər Əliyev və Azərbaycan səhiyyəsi”
Xətai rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş möhtəşəm konsert proqramı və atəşfəşanlıq təşkil olunub
Azərbaycan Tibb Universiteti Türkiyənin Yozqat Bozok Universiteti ilə əməkdaşlığa başlayır
İpək Yol MMC-nin rəhbəri Qəzənfər Niftəliyev: “Mən fəxr edirəm ki, Ulu Öndər Heydər Əliyevin dövrünün ziyalıları ilə çiyin-çiyinə çalışıram”
Xeyriyyəçi, vətənpərvər sahibkar xanım Zərniyar Kərimova: “Ulu Öndər və Azərbaycan qadını”
Tibb üzrə fəlsəfə doktoru Dilqəm Məhərrəmov beynəlxalq tibb konqresində məruzə ilə çıxış edib
“Sağlığında sahə həkiminin qəbuluna düşməyibsə, ölüm kağızı almaq olmur” - Rəsmi açıqlama
Üçrəngli bayrağı üçqəpiklik sığınacağa dəyişənlər, cəzasız vandallar
Kubra Məhərrəmova yazır...
Nə məsələdirsə, Azərbaycanın sərhədindən o tərəfə keçənlərin əksəriyyəti başlayır ki, "ay aman, siz orada necə yaşayırsınız?", "mən daha Bakıya gələ bilmirəm, boğuluram" və s.
Amma hər dəfə deyəndə ki, bundan o tərəfi yoxdur, görürsən ki, sən demə var imiş.
Almaniyada sığınacaq əldə etmək istəyən bir qadın, etnik azərbaycanlı sosial şəbəkələrdə diqqəti cəlb etmək üçün sözün əsl mənasında performans sərgiləyir.
Adını yazmıram ki, səhifəsinə girib ona baxış sayı verməyəsiniz.
Adamın danışmadığı yalan qalmayıb. Gah Quranı yandırır, gah məmurları təhqir edir, gah da yalandan uzanıb "ağrı" çəkir. Amma doğana heç oxşamır.
Bütün bunların heç bir fayda vermədiyini görən "bloqer xanım" "ölmək ölməkdir, xırıldamaq nə deməkdir" deyib, keçib bayraq mövzusuna. Almaniyada sığınacaq üçün ən sonuncu yola əl atıb.
Azərbaycanın bayrağını əvvəl qayçı ilə kəsir, sonra tapdalayır. Bununla da guya "ədalət" tələb edir.
Qeyd edim ki, Cinayət Məcəlləsinin 324-cü maddəsinə görə Azərbaycan Respublikasının Dövlət bayrağı və ya Azərbaycan Respublikasının Dövlət gerbi barədə təhqiredici hərəkətlər iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Yeri gəlmişkən, həmin qadın eyni şeyi Almaniyanın bayrağı ilə etsə, almanlar onu ən sərt formada cəzalandırardılar.
Çünki Almaniyada Avropa İttifaqının simvolikasına və digər ölkələrin dövlət bayraqlarına qarşı hörmətsizlik pul cəriməsi və ya üç ilə qədər həbs cəzası ilə nəticələnir.
İndi bu "bloqer" düşünür ki, Azərbaycanın bayrağını təhqir edərsə, Quranı yandırarsa, Azərbaycan seqmentindən ona qarşı təzyiq olacaq və bu təzyiqləri əlində bayraq edərək təcili "sığınacaq" ala biləcək.
Almaniya da hər cür yoldan keçəni ölkəsinə qəbul edir, sonra da "insan haqlarından" danışır.
O zaman mən də Almaniya hökumətindən öz haqqımı tələb edirəm, niyə hansısa axmaq mənim ölkəmin bayrağını təhqir edir?
Mən də bir vətəndaş kimi o adamın Azərbaycana deport olunmasını tələb edirəm və onun ölkəmizdə qanun qarşısında cəzalandırılmasını istəyirəm.
Mən də BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı (OHCHR), "Amnesty International", "Human Rights Watch" kimi dünyada insanların hüquqlarını bərpa etməyə kömək edən beynəlxalq təşkilatlara səslənirəm, mənim və bayrağımın təhqir olunması ilə bağlı tədbir görsünlər. Çünki Almaniyada "sığınacaq" almaq istəyən adama mənim əlim çatmır.
Həmçinin övladının tabutu həmin o üçrəngli bayrağa bükülən minlərlə şəhid anasının, atasının, bacısının əlləri də çatmır.
Bəs nə edək? Biz də iş-gücümüzü atıb hər cür mənəviyyatsızlığa əl aranların ardınca düşək? Videolarının altında şərh yazdıqca, ona dolayı yolla dəstək olaq? O da üz-gözünü cırıb növbəti videoda desin ki, "baxın, məni təhdid və təhqir edirlər". Özünü böyük bir "adam" bilsin?
Xaricə çıxan hər kəsin birdən-birə "azadlıq mücahidi"nə çevrilməsinə artıq öyrəşmişik. Əsas odur ki, "azadlıq mücahidi" bərkdən qışqırsın. Yalan, doğru, şər-böhtan, fərqi yoxdur. Təəssüflər olsun ki, bizim cəmiyyətin müəyyən qismi də onların əksəriyyətinə "qaz" verir.
Amma hər kəs yadında saxlamalıdır ki, bu bayrağa görə minlərlə can fəda olub, gözünü qırpmadan canından keçənlər olub. Bayrağı yüksəyə sancmaq üçün düşmən snayperinin qarşısında dimdik dayanıb.
Şərəfli, qeyrətli oğullarımız bu bayraq üçün hər şeyindən keçiblər.
Bu axmağa deyən lazımdır ki, sığınacaq üçün bu qədər yol varkən, niyə məhz bayrağı təhqir etməyi seçib? Yoxsa "bacımız" namus-qeyrət dağarcığı, şərəf ağacıdır? Ona görə başqa yola gedə bilmir?
Məsələn, desin ki, seksual azlıq nümayəndəsidir, sevdiyi qadın Almaniyadadır. Öldü var, döndü yox.
Və yaxud, desin ki, seks sənayesində çalışmaq istəyir, buna görə də Almaniyada yaşamaq istəyir. Çünki orada seks işçilərinin haqqı-hüququ müdafiə olunur. Necə deyərlər, pulları da vaxtı-vaxtında verilir. Fəaliyyət növündən asılı olaraq, vergi də tutulur.
Ya da desin ki, "müstəqil jurnalistdir", iki-üç ildə elə fırlansın Almaniyada.
Bu sözüm hər nə qədər sərt səslənsə də, şəxsən mən seks işçilərinə hörmətlə yanaşıram. Adam pul qarşılığında müəyyən xidmətlər göstərir. Bir müddət sonra o yoldan qayıdıb adi həyat da sürə bilər.
Bir də var, "diqqət fahişəsi". Bu yoldan isə qayıtmaq mümkün deyil. Getdinsə dibinə kimi batırsan.
Bayrağı, dini, Quranı, dövləti, kimliyi vizaya, sığınacağa görə satmaqdan şərəfsiz heç nə yoxdur. Bu artıq mübarizə deyil. Bu, azadlıq da deyil. Bu, açıq-aşkar bayrağa, dövlətə qarşı terrorudur.























































