Fərid Ərşadlı – Sumqayıtın müasir şəhərsalma simasına yeni nəfəs gətirən baş memar
Məramı xoş, niyyəti xoş, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya həsr olunur...
MKİ direktorunun Rusiyaya məxfi səfəri: ABŞ kəşfiyyatının bir nömrəli şəxsi Moskvada nə axtarırdı?
Anar Cəfərov – Yol hərəkəti təhlükəsizliyinə məsuliyyətli və peşəkar yanaşmanın nümunəsi
Əhməd Məmmədov – “İsti-isti” kulinariyanın uğurunda zəhməti və peşəkarlığı ilə seçilən rəhbər
Mehriban Əliyeva – Dövlətçilik missiyasına sədaqət və Prezident İlham Əliyevin etibarlı silahdaşı
Xeyriyyəçi, Vətənpərvər xanım Zərniyar Kərimova: “Mehriban Əliyeva – mələk simalı qadın”
Mehriban Əliyeva – Azərbaycan mədəniyyətinin və teatr sənətinin inkişafına böyük töhfə verən şəxsiyyət
Mehriban Əliyeva – ictimai-siyasi fəaliyyətin və humanizm dəyərlərinin parlaq nümunəsi
O, hər kəsin Mehribanıdır – hər evdə mərhəmətə, ümidə və xeyirxahlığa açılan bir pəncərə var onun simasında...
Bakıda təhsil ocağında daha bir hadisə - Şagird xəstəxanalıq oldu
Bu gün paytaxtda yerləşən daha bir təhsil müəssisəsində hadisə yaşanıb.
“Qafqazinfo” xəbər verir ki, Nizami rayonunda yerləşən 10 nömrəli tam orta ümumtəhsil məktəbin şagirdi yıxılaraq ağır xəsarət alıb.
O, dərhal xəstaxanaya yerləşdirilib.
Hadisə ilə bağlı TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, bu gün 16:30 radələrində 2012-ci il təvəllüdlü şəxs (kişi cinsli) Kliniki Tibbi Mərkəzin Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
“Kəllə-beyin travması diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib.
Hazırda onun müalicəsi Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir”, - deyə əlavə edilib.
Məktəbdən isə bildirilib ki, 8-ci sinif şagirdi (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) məktəbin fövqəladə hallar zamanı çıxış üçün nəzərdə tutulan qapısının üzərinə dırmaşmaq istəyərkən yıxılıb:
“Məktəb rəhbərliyi tərəfindən dərhal təcili-tibbi yardım çağırılıb. Şagirdə ilkin tibbi yardım göstərilib və müayinə üçün səhiyyə müəssisəsinə aparılıb. Hazırda şagirdin vəziyyətinin normal olduğu bildirilir.
Məsələ ilə əlaqədar şagirdin valideynlərinə və aidiyyəti qurumlara da məlumat verilib.
Məktəbdaxili araşdırma çərçivəsində şagirdin sinif yoldaşları və müəllimlərlə söhbət aparılıb, nizam-intizam qaydalarına əməl olunmasının zəruriliyi bir daha diqqətə çatdırılıb”.
Xatırladaq ki, səhər saatlarında Ziya Bünyadov prospektində yerləşən “İdrak” liseyində 10-cu sinif şagirdi 29 yaşlı xanım müəllimi ov tüfəngi ilə güllələyib.
***
Əldə etdiyimiz məlumata görə, həmin şagird Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlının övladıdır.
Hadisə ilə bağlı Ramil Osmanlı ilə əlaqə saxladıq.
O bildirdi ki, övladının müalicəsi davam etdirilir:
“Vəziyyəti stabildir. Digər məsələlər barədə hazırda deyə biləcəyim əlavə bir məlumat yoxdur”.
Bəsti Məmməd























































