“Seliverstov” 200 minlik dələduzluğunu ifşa edən İsrail vətəndaşlarına qarşı şər-böhtan kampaniyasina başlayıb
MÜDAFİƏ YAZISI ŞƏLALƏ HÜSEYNOVANIN FƏALİYYƏTİ İLƏ BAĞLI İDDİALARI TƏKZİB EDİRMİ? – XEВERMEDİA.İNFO-DAN SƏRT CAVAB!
“İMZA” İctimai Birliyi tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
AYB və AJB-nin üzvü Şamil Cəfər: 8 NOYABR – MİLLİ QÜRURUMUZUN, DÖVLƏTİMİZİN GÜCÜNÜN VƏ XALQIMIZIN MƏĞLUBEDİLMƏZLİYİNİN TƏNTƏNƏSİ!
“Xezertv.info”-nun Baş redaktoru Fərid Səfərov: 8 NOYABR – MİLLİ QÜRURUMUZUN, QƏHRƏMANLIĞIMIZIN VƏ TARİXİ ƏDALƏTİN TƏNTƏNƏSİ!
Xezertv.info-nun baş direktoru Çingiz Mahmduov: 8 NOYABR – TARİXİN DƏYİŞDİYİ, BAYRAĞIMIZIN QARABAĞDA ƏBƏDİ UCALDIĞI GÜN!
Zeferyolu.az-ın rəhbəri Jalə Ağakişiqızı: 8 NOYABR – QALİB XALQIN QÜRUR GÜNÜ, AZƏRBAYCANIN ƏBƏDİ ZƏFƏR SALNAMƏSİ!
“Son tapşırığımız Şuşaya gedən yolu bağlamaq idi” - Vətən Müharibəsi Qəhrəmanı danışır
Günay Ağamalı Ədalət Vəliyevlə görüşdü
Ana Vətən Partiyasının yeni seçilmiş sədri, Milli Məclisin üzvü Günay Ağamalı bu gün Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev ilə görüşü keçirilib.
Metbuat.az xəbər verir ki, bu barədə açıqlama verən Günay Ağamalı bildirib ki, Prezident Administrasiyasında keçirilən görüş zamanı şöbə müdiri onu Ana Vətən Partiyasının sədri seçilməsi münasibətilə təbrik edib.
Görüşdə Prezidentin təşəbbüsü ilə ölkədə formalaşan iqtidar–müxalifət dialoqu çərçivəsində təşviq olunan sağlam əməkdaşlıq mühitinin əhəmiyyəti vurğulanıb, bu istiqamətdə görülmüş işlər yüksək qiymətləndirilib.
Qeyd olunub ki, söhbət zamanı Ana Vətən Partiyasının təkrar dövlət qeydiyyatına alınması, partiyanın fəaliyyəti, ideoloji prioritetləri, eləcə də məsuliyyətli gənclərin siyasi proseslərə cəlb olunması kimi məsələlər müzakirə edilib. Günay Ağamalı rəhbərlik etdiyi partiyanın milli maraqlar naminə konstruktiv əməkdaşlıq xəttinə sadiq qalacağını, eyni zamanda Azərbaycan həqiqətlərinin beynəlxalq müstəvidə daha fəal şəkildə təbliğ ediləcəyini bildirib.
Tərəflər, həmçinin Vətən müharibəsindən sonra yaranmış yeni geosiyasi reallıqlar, ölkədə iqtidar–müxalifət dialoqunun inkişaf perspektivləri, informasiya təxribatlarının yaratdığı risklər, Qarabağda aparılan bərpa və quruculuq işləri, eləcə də digər aktual mövzular ətrafında fikir mübadiləsi aparıblar.























































