İSMAYIL ZALOV: “İNSAN HÜQUQLARINA HÖRMƏT EDƏK, QANUNLARI POZMAYAQ, AZADLIĞIMIZIN QƏDRİNİ BİLƏK”
Beynəlxalq Hüquq Müdafiəçisi İsmayıl Zalov Ankara Ədalət Məhkəməsində mühüm hüquqi uğura imza atdı – Türk dövlətlərinin vətəndaşı Əhməd azadlığına qovuşdu
31 ilin həsrəti sona çatdı – Şəhid Mais Mirzəcanov adına Yuxarı Nüvədi məktəbinin 1995-ci il məzunlarının unudulmaz görüşü
Vətənpərvərliyi və xeyirxahlığı ilə seçilən iş adamı, cənub elinin fəxri – Vüqar Məmmədov
İsmayıl Zalovun Ankara Ədalət Sarayına rəsmi işgüzar səfəri – vətəndaş hüquqlarının müdafiəsi istiqamətində mühüm fəaliyyət
Azərbaycan–Almaniya arsında strateji dialoq və münasibətlərin yeni siyasi platforması
Prezident həmkarının ad gününü təbrik etdi Prezident həmkarının ad gününü təbrik etdi
Kafedə yeyib-içdikdən sonra dostlarını siqaret üstündə bıçaqladı
Bakı Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa ağır zərərvurma və xuliqanlıqda təqsirləndirilən Elcan Əsədovun (adı və soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
Oxu.Az Pravda.az-a istinadən xəbər verir ki, sonuncu keçirilən prosesdə qərar elan edilib.
Qərara əsasən, apellyasiya şikayəti qismən təmin edilib, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib, təqsirləndirilən şəxsin 9 il müddətə azadlıqdan məhrumetmə cəzası 8 ilə endirilib.
İttiham aktına görə, hadisə 19 iyul 2024-cü il tarixdə, saat üç radələrində Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli küçəsində yerləşən restoranlardan birinin qarşısında qeydə alınıb.
Belə ki, Elcan Əsədov tanışları, zərərçəkmişlər - Sübhan Budaqov, Fərid Səfərov və Rəşad İmanov (hər üçünün adı və soyadı şərtidir) və digər naməlum şəxslərlə birlikdə spirtli içki qəbul etdikdən sonra restoranı tərk edib. Hadisədən sonra təqsirləndirilən şəxs yolun əks istiqamətinə keçərək zərərçəkmiş şəxslərdən birinin - Sübhanın ona məxsus siqaret qutusundan çoxlu siqaret götürüb çəkməsi ilə bağlı irad bildirməsini bəhanə edib. Heç bir əsaslı səbəb olmadan, özünü digərlərindən üstün hesab edərək ictimai qaydanı kobud şəkildə pozub və cəmiyyətə açıq hörmətsizlik nümayiş etdirib.
Müəyyən edilib ki, Elcan üzərində gəzdirdiyi və silah qismində istifadə edilən bıçaqla əvvəlcə Sübhanın sol qol nahiyəsindən qəsdən vuraraq xəsarət yetirib. Daha sonra o, xuliqanlıq niyyəti ilə həmin bıçaqla hadisə yerində olan Fəridin kürək, Rəşadın isə döş qəfəsinə zərbə endirib. Sözügedən xəsarətlər dərəcəsinə görə həyat üçün təhlükəli olmaqla sağlamlığa ağır zərərvurma kimi qiymətləndirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinə görə 9 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdi.























































