Xeyirxahlığı və vətənpərvərliyi ilə seçilən nümunəvi iş adamı – “Sultan” marketlər şəbəkəsinin rəhbəri Mehman müəllim
Ömrünü elmə və səhiyyəyə həsr edən ziyalı xanım – Səlimova Ofeliya Miryusif qızının 80 illik yubileyi
Biləcəri qəsəbəsi 297 nömrəli orta məktəbin 10B sinif məzunlarının 50 illik yubileyi böyük sevinc və nostalji hisslərlə qeyd olundu
“Kinolardakı driftləri təkrarlamaq istəyirlər” - 16 yaşlılara hansı halda icazə var?
Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının təşəbbüsü ilə Tibb İşçilərinin Peşə Bayramına həsr olunmuş tədbir keçirilib
İlham Əliyev Bakıda İslam İnkişaf Bankı Qrupunun illik toplantılarının açılış mərasimində iştirak edib
İlham Əliyev Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların rəhbər şəxslərini qəbul edib
Gəncənin Su Təchizatının İnkişafına və Əhalinin Rahatlığına Xidmət Edən Rəhbər – Şöhrəddin Verdiyev
Səhiyyəyə həsr olunan peşəkar fəaliyyət- 1 saylı Kliniki Tibbi Mərkəzin direktoru Musa Abbasov
QARABAĞ MÜHARİBƏSİ VETERANLARI VƏ QAZİLƏRİ HƏBS OLUNAN POLKOVNİKƏ GÖRƏ PREZİDENT İLHAM ƏLİYEVƏ MÜRACİƏT ETDİLƏR
İsmayıllı rayonundan olan Qarabağ müharibəsi veteranları Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə müraciət ünvanlayıblar.
Bizimesr.az-a daxil olan müraciətdə veteranlar silahdaşları, polkovnik-leytenant rütbəli Qarabağ müharibəsi əlili Əlişir Süleymanovla bağlı məsələni diqqətə çatdırıblar.
Bildirilir ki, Əlişir Süleymanov 1992-ci ildən 2016-cı ilədək Azərbaycan Ordusunda xidmət edib, ön cəbhədə iştirak edib və bir sıra döyüş əməliyyatlarında yer alıb. O, xidmətləri dövründə dövlətin ərazi bütövlüyünün qorunmasında göstərdiyi fədakarlığa görə müxtəlif orden və medallarla təltif olunub.
Müraciətdə qeyd olunur ki, hərbi xidmətdən sonra da dövlətə xidmətini davam etdirən Əlişir Süleymanov 2021–2024-cü illərdə İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının İsmayıllı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində çalışıb və bu dövrdə xüsusilə müharibə iştirakçılarına, qazilərə və şəhid ailələrinə dəstək göstərib.
Veteranların müraciətində vurğulanır ki, 2024-cü ildə Əlişir Süleymanov barəsində Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət işi açılıb və hazırda işə Şəki Ağır Cinayətlər Məhkəməsində baxılır.
Müraciətdə onun ailəli olduğu, üç qız övladının olduğu, səhhətində ciddi problemlərin mövcudluğu da diqqətə çatdırılır.
Qarabağ müharibəsi veteranları bildiriblər ki, müraciət hər hansı hüquqi prosesə təsir göstərmək məqsədi daşımır. Onlar qanunun aliliyinə və məhkəmələrin müstəqilliyinə hörmət etdiklərini qeyd edərək, məsələyə humanizm və mərhəmət prinsipləri çərçivəsində diqqət yetirilməsini xahiş ediblər.
Müraciətin surətləri Birinci vitse-prezident Mehriban Əliyevaya, Ali Məhkəmənin sədri İnam Kərimova və Baş prokuror Kamran Əliyevə də göndərilib.























































