İsfəndiyar Axundov – quruculuq ənənələrinə və sahibkarlıq məsuliyyətinə söykənən fəaliyyət yolu
Cəbrayılın aqrar dirçəlişi: Şahin Şirinovun rəhbərlik etdiyi sahənin inkişaf perspektivləri
Ticarətdən birgə istehsala: Azərbaycan və Mərkəzi Asiya arasında yeni iqtisadi model
Deputat: Müasir Azərbaycan müstəqil siyasət həyata keçirir, nəqliyyat, enerji və siyasi layihələri inkişaf etdirir
Dövlətə və dövlətçiliyə sədaqətli xidmətin nümunəsi – Taleh Məmmədova ad günü təbriki!
“Heydər Əliyev - Azərbaycan fenomeninin uydurulmamış tarixi” kitabı xarici müəllifin Azərbaycan həqiqətlərinə baxışıdır
Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi
Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkiyə, Rusiya, İrlandiya, İsrail və Azərbaycan — Bakıda bir ideya ətrafında səkkiz ölkə
“Zelenski Putinlə görüşə hazırdır”
“Prezident Volodimir Zelenski ən həssas məsələləri müzakirə etmək üçün Vladimir Putinlə şəxsi görüşə hazırdır”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andriy Sibiqa Avropa İttifaqı Xarici İşlər Nazirləri Şurasının bu gün keçirilən onlayn iclasında deyib.
Nazirin sözlərinə görə, sülh planının ən mürəkkəb bəndləri olan ərazilər və Zaporojye AES-in statusu ilə bağlı məsələlərin həlli üçün Zelenski Putinlə birbaşa dialoqa girməyə razıdır:
“Ukrayna tərəfi noyabr ayından bəri müzakirə olunan 20 bəndlik sülh planını imzalamağa hazırdır, lakin Rusiya tərəfi hələ də təcavüzü dayandırmaq niyyətində olmadığını göstərir. Hazırda müzakirə olunan struktura əsasən, Ukrayna və ABŞ ikitərəfli sənəd imzalayacaq, oxşar sənəd isə Rusiya və ABŞ arasında imzalanacaq”.
Qeyd edək ki, Ukrayna və ABŞ nümayəndə heyətləri fevralın 1-də keçirilməsi planlaşdırılan növbəti üçtərəfli (Ukrayna-ABŞ-Rusiya) görüşə hazırlıq aparırlar. Ötən həftə Əbu-Dabidə keçirilən ilk raundda atəşkəs parametrləri və monitorinq mexanizmləri üzrə irəliləyiş əldə olunsa da, ərazi məsələlərində “qırmızı xətlər” hələ də qalmaqdadır.























































