Menu
Xəbər Lenti
Qalibin ədaləti...
30-08-2026, 19:31

Qalibin ədaləti...

Dieqo Rosa “Qarabağ”da
30-08-2026, 14:23

Dieqo Rosa “Qarabağ”da

Faktiki hava - Açıqlandı
30-08-2026, 14:09

Faktiki hava - Açıqlandı

Abubakarın yeni klubu
29-08-2026, 17:21

Abubakarın yeni klubu

Bakıda güclü külək əsir
29-08-2026, 16:55

Bakıda güclü külək əsir

29 Yanvar 2026 10:41Manşet / Dünya

Rusiyada qrip epidemiyasından sonra internatın doqquz sakini öldü

 

Rusiyanın Kemerovo bölgəsində əqli pozuntulu insanlar üçün qocalar evinin sakinlərinin ölümü ilə bağlı araşdırma aparılır.

Oxu.Az xəbər verir ki, məlumatı NTV yazıb.

Regional Əmək və Sosial Müdafiə Nazirliyinin məlumatına görə, yanvar ayında Prokopyevskdəki psixiatriya qocalar evinin doqquz sakini vəfat edib. Ölənlərin ən kiçiyi 19, ən böyüyü isə 79 yaşında olub.

Nazirlik əlavə edib ki, yeddi halda ürək və qan dövranı xəstəlikləri ölüm səbəbi olub. 73 yaşlı qadın və 19 yaşlı kişinin ölüm səbəbi araşdırılır.

Daha əvvəl mediada Prokopyevskdəki psixonevroloji internatda A qripi epidemiyasının baş verdiyi bildirilib. Əlli nəfər xəstəxanaya yerləşdirilib.

İstintaq Komitəsi sanitariya qaydalarının pozulması ilə bağlı cinayət işi açıb. İnternatda karantin tətbiq edilib.