Düşmən gülləsinə sinəsini sipər edən qəhrəman – Vidadi Nizami oğlu Zalovun igidlik salnaməsi
“İnklüzivliyin Sirri” – Humanist dəyərlərin təntənəsi və uşaqların yaradıcılıq bayramı
Beynəlxalq Hüquq Müdafiəçisi İsmayıl Zalovdan Türkiyə İstanbul Ədalət Sarayında xüsusi müsahibə
Siyasi elmlər doktoru, professor Vaqif Abdullayev: Azərbaycan–İsrail münasibətləri: Tarixi səfər fonunda yeni əməkdaşlıq üfüqləri
Bu sevda Vətən sevdasıdır... XTQ-nin cəsur döyüşçüsü, Şuşa fatehi Zaur Ələkbərovun qəhrəman obrazı
Masallı qaz idarəsindən şikayət: “Heç bir rəsmi xəbərdarlıq edilmədən qazımız kəsildi” -VIDEO
ƏFSANƏ İBRAHİMOVA — ZİYALI AİLƏSİNDƏN MEDİA RƏHBƏRLİYİNƏ UZANAN NÜMUNƏVİ HƏYAT YOLU
ZAQATALA RAYONU, MAZIX KƏNDİNDƏ NƏZARƏTSİZLİK TƏHLÜKƏLİ HƏDDƏ ÇATIB - SÜRÜCÜLƏR HƏR GÜN RİSK ALTINDADIR -VİDEO
Sözün, zəkanın və insanlığın 50 illik işıqlı yoluna ehtiramla – Təyyar Yəhyayevə yubiley təbriki
Elgin Həbibullayevin rəhbərlik etdiyi icra hakimiyyətində İXTİSARLAR: Müavinini və şöbə müdirini də İŞDƏN ÇIXARDI
Nərimanov Rayon İcra Hakimiyyətində (RİH) struktur dəyişikliyi ilə əlaqədar yeni kadr islahatı həyata keçirilib.
Oxu.Az İqtisadiyyat.az-a istinadla xəbər verir ki, bununla bağlı icra başçısıElgin Həbibullayev müvafiq əmrlər imzalayıb.
Belə ki, əmrə əsasən, başçının müavini İlqar Mirzəyev vəzifəsindən azad edilib. Onun yerinə hələlik təyinat olmayıb.
Bundan əlavə, ləğv edilmiş Hüquq şöbəsinin müdiri Hüsü Nuriyev də vəzifəsindən uzaqlaşdırılıb. Bu şöbənin yerinə yaradılmış Hüquq və kadr məsələləri sektoruna isə Kamran Abdullayev müdir təyinatı alıb.
Kadr islahatı icra başçısının nümayəndəliklərini də əhatə edib. Belə ki, RİH başçısının 3 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Nadir Nəsibov da işini itirib. Onun yerinə Vəfadar Zeynalov təyin olunub. V.Zeynalov bundan əvvəl ləğv edilmiş İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini olub.
Həmin nümayəndəliyin baş mühasibi Gündüz Həmidov da RİH aparatına gətirilib və yeni yaradılan İnzibati işlər sektoruna mühasib təyin edilib.
İcra başçısının digər əmri ilə Baş mütəxəssis - sürücülər Elman Əliyarov və Bəhman Əliyev də vəzifələrindən azad ediliblər. Daha bir əmrlə isə Azər Əsgərov yeni sürücü təyin olunub.























































