Hər kəs öz hekayəsinin qəhrəmanıdır... Qalibin yaşı olmur... Kiçik qəhrəmanın Böyük yolu
Qaradağ rayon Qobustan qəsəbəsində itkin düşmüş Şəhid Cəlal Abdullayevin anım günü keçirildi
Şuşa Dövlət Dram Teatrında Şəhid kapitan Əli Abbasquluzadə və kəşfiyatçı Elman Əliyevin mövlud günü tədbiri keçirildi
Geofizika və Geologiya İdarəsinin rəisi Ziya Rəhimov-Neftçi əməyinə ehtiram, dövlətçilik ənənələrinə sədaqət
20 sentyabr – Azərbaycanın Dövlət Suverenliyi Günü milli qürur və dövlətçilik tariximizin şərəfli səhifəsidir
Yeni Zelandiya ÜST-dən çıxmaq istəyir: XİN rəhbəri sərt bəyanatlar verdi
"Yeni Zelandiya Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) maliyyə ayırmaq öhdəliklərini ciddi şəkildə yenidən nəzərdən keçirməlidir".
Oxu.Az xəbər verir ki, bunu Yeni Zelandiyanın xarici işlər naziri Uinston Piters sosial şəbəkə hesabında bildirib.
Onun sözlərinə görə, ABŞ-nin ÜST-dən çıxması təşkilatın hazırkı vəziyyətini və qurumun effektivliyini şübhə altına alır:
"ABŞ ÜST-dən çıxdı. Bir qrup qlobalist-bürokrat dünya vergi ödəyicilərinin pullarını məsuliyyət daşımadan xərclədikdə nəticə belə olur. Yeni Zelandiya da vergi ödəyicilərinin pullarının ölkə daxilində deyil, xaricdə məsuliyyətlə xərclənib-xərclənmədiyini ciddi şəkildə nəzərdən keçirməlidir. ÜST fəaliyyət göstərməyən şişirdilmiş bir təşkilata çevrilib. ÜST-yə üzvlük Yeni Zelandiyaya milyonlarla dollara başa gəlir. Xalqın qarşısında məsuliyyətimiz barədə ciddi bir söhbət aparmalıyıq".
Yanvarın 22-də ABŞ Prezidenti Donald Trampın bir il əvvəl ÜST-dən çıxmaq qərarı qüvvəyə minib. ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus bu addımı ABŞ və dünya üçün təhlükə adlandırıb. ABŞ-nin qurumdan çıxması məsələsi təşkilatın fevralın 2-7-də Cenevrədə keçiriləcək növbəti iclasında müzakirə olunacaq.























































