Səfirliyin tədbirində Rəşad Nəbiyevin iştirakı - Diplomatiyada qarşılıqlıq prinsipinin təzahürüdür
VƏTƏNDAŞ MƏMNUNLUĞU, HÜQUQA HÖRMƏT VƏ ƏDALƏTƏ ETİMAD — İSMAYIL ZALOVDAN MƏHKƏMƏ-HÜQUQ ŞURASININ FƏALİYYƏTİNƏ MÜSBƏT DƏYƏRLƏNDİRMƏ
Oqtay Mustafayev – sahibkarlıq fəaliyyəti, dövlətçilik mövqeyi və xeyirxahlıq nümunəsi
Xəstələrə iynə vuraraq yatırdıb, ölüm saatlarını dəyişdirib - “Güllü”nün qızı ilə bağlı şok iddialar
Space TV də yayımlanan "Qarabağ Azərbaycandır!" verilişi bu dəfə qəhrəmanlar diyarı olan Beyləqana səfər etdi.
44 günlük Vətən Müharibəsi şəhidi Mikayıl Mikayılzadə Vidadi oğlunun ailəsini ziyarətə ətraf rayon və kəndlərdən gələn insanlar ilk olaraq Beyləqan rayon Şəhidlər Xiyabanını ziyarət etdi. Qeyd edək ki, şəhid Mikayıl Mikayılzadə Vətən Müharibəsində Hadrud istiqamətində, Tuğ kəndi yaxınlığında qəhrəmancasına döyüşərək şəhid olmuşdur. Mikayıl Mikayılzadə
qəhrəmanlıq nümunəsi göstərərək düşmənin hərbi əməliyyatları yerinə yetirən xüsusi təyinatlı, qiyməti 1000000 azn dəyərində olan (milyon) hərbi texnikanı qənimət olaraq ələ keçirmiş və Azərbaycan ordusuna təhvil vermişdir.
Mikayıl Mikayılzadənin şəhid olduqdan 2 ay sonra oğlu dünyaya gəlmiş və atasının arzusu olaraq Uğur adı verilmişdir.
Daha sonra "Qarabağ Azərbaycandır!" verilişinin əməkdaşları,
layihə rəhbəri Nuranə Gülər Beyləqan rayonu Şərq qəsəbəsindəki 1-ci Qarabağ Müharibəsi şəhidlərinin əziz xatirəsinə ucaldılan şəhidlər lövhəsini və Şəhidlər Xiyabanını ziyarət etmişdir. Ziyarətdə rayon ziyalıları ilə bərabər Beyləqan rayon şəhid valideynləri də iştirak etmişdir.
ARHD.az



























































