Ticarətdən birgə istehsala: Azərbaycan və Mərkəzi Asiya arasında yeni iqtisadi model
Deputat: Müasir Azərbaycan müstəqil siyasət həyata keçirir, nəqliyyat, enerji və siyasi layihələri inkişaf etdirir
Dövlətə və dövlətçiliyə sədaqətli xidmətin nümunəsi – Taleh Məmmədova ad günü təbriki!
“Heydər Əliyev - Azərbaycan fenomeninin uydurulmamış tarixi” kitabı xarici müəllifin Azərbaycan həqiqətlərinə baxışıdır
Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi
Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkiyə, Rusiya, İrlandiya, İsrail və Azərbaycan — Bakıda bir ideya ətrafında səkkiz ölkə
Minaya düşənlər şəhid Ruhin Qəhrəmanovun atası ilə qardaşıdır minaya-dusenler-sehid-ruhin-qehremanovun-atasi-ile-qardasidir
TƏBİB – insan sağlamlığına və vətəndaş məmnunluğuna xidmət edən mühüm səhiyyə qurumu
Yaradıcılıqla taclanan 50 il – Qurban Hüseyn

26 yanvar 2026-cı il tarixində sözə ömrünü bağlamış, qələmi ilə düşüncəni, publisistik baxışı ilə cəmiyyəti yoğuran şair-publisist Qurban Hüseynin 50 yaşı tamam olur. Bu yubiley təkcə bir yaşın tamamlanması deyil, yaradıcılıqla keçən mənalı bir yolun, sözə sədaqətin, fikirə məsuliyyətin bayramıdır.
Qurban Hüseyn yaradıcılığında şeir duyğunun ən saf ifadəsi, publisistika isə həqiqətin səsidir. Onun qələmindən süzülən misralar oxucunu düşündürür, ruhunu oyadır, publisist yazıları isə cəmiyyətin ağrı nöqtələrinə toxunaraq biganəliyə meydan oxuyur. O, sözü yalnız bədii gözəllik kimi deyil, mənəvi məsuliyyət kimi dərk edən qələm adamıdır.
İllər boyu formalaşan yaradıcılıq yolu göstərir ki, Qurban Hüseyn üçün yazmaq sadəcə peşə deyil, missiyadır. O, zamanın nəbzini tutmağı bacaran, dünənlə bu gün arasında körpü quran, oxucunu düşünməyə vadar edən müəllifdir. Şeirlərində insan taleyi, Vətən sevgisi, vicdan və zaman anlayışları aparıcı xətt təşkil edir. Publisistikasında isə prinsipiallıq, obyektivlik və vətəndaş mövqeyi açıq şəkildə hiss olunur.
50 illik ömür yolunda qazanılan təcrübə, zəhmət və yaradıcılıq enerjisi bu gün Qurban Hüseyni sözə dəyər verənlərin hörmət ünvanına çevirib. Bu əlamətdar yubiley münasibətilə onu səmimi-qəlbdən təbrik edir, möhkəm can sağlığı, uzun ömür, tükənməz yaradıcılıq ilhamı arzulayırıq. Qələmi daim iti, sözü həmişə işıqlı olsun!
Ulusestv.az, Xezertv.az, Merhemet.tv, Zeferyolu.az, İfadetv.com-nin redaksiya kollektivi























































