Xəbər Lenti
Dünən, 22:24
Bu sevda Vətən sevdasıdır... XTQ-nin cəsur döyüşçüsü, Şuşa fatehi Zaur Ələkbərovun qəhrəman obrazı
Dünən, 17:27
Masallı qaz idarəsindən şikayət: “Heç bir rəsmi xəbərdarlıq edilmədən qazımız kəsildi” -VIDEO
29-05-2026, 22:18
ZAQATALA RAYONU, MAZIX KƏNDİNDƏ NƏZARƏTSİZLİK TƏHLÜKƏLİ HƏDDƏ ÇATIB - SÜRÜCÜLƏR HƏR GÜN RİSK ALTINDADIR -VİDEO
29-05-2026, 21:40
Sözün, zəkanın və insanlığın 50 illik işıqlı yoluna ehtiramla – Təyyar Yəhyayevə yubiley təbriki
29-05-2026, 21:12
Aztürk Holding-in təşkilatçılığı ilə 28 May – Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib.
29-05-2026, 12:55
Milli geyim sənayesinin inkişafına töhfə verən rəhbər – Bakı Tikiş Evinin direktoru Fədai Rəhimov
29-05-2026, 12:10
Dövlətinə sədaqətlə xidmət edən peşəkar rəhbər – “Aran” Regional Enerji Təchizatı və Satış İdarəsinin rəisi Zülfi Ağayev
29-05-2026, 12:01
Dövlətinə və xalqına sədaqətlə xidmət edən rəhbər – “Azərişıq” ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satış İdarəsinin rəisi Nəriman Mahmudov
29-05-2026, 10:47
"Sistemdə ciddi islahatlara ehtiyac var" - Kənd təsərrüfatı üzrə subsidiyalar niyə effektiv deyil?
29-05-2026, 10:39
Dəhşətə salan görüntü: Milyarder Ceff Bezosun raketi Floridada sınaq zamanı partladı
28-05-2026, 16:44
Gənclərin İnkişaf və Karyera Mərkəzi tərəfindən regionlarda Müstəqillik Günü münasibətilə tədbirlər təşkil olunub
28-05-2026, 16:05
YAP İsmayıllı Rayon Təşkilatının sədri Zaur Muradovun 28 May – Müstəqillik Günü Münasibətilə təbriki və dövlətçilik dəyərlərinə sədaqət nümunəsi
28-05-2026, 15:47
Vaqif Abdullayev: 28 MAY siyasi təqvimdə Türk tarixi üçün uğur hekayəsi sayıla bilər.
28-05-2026, 15:37
İsmayıllı RİH-nin başçısı Nahid Bağırov 28 May – Müstəqillik Günü münasibəti ilə təbriki
28-05-2026, 15:11
Azərbaycanın aqrar inkişaf strategiyası: Prezident İlham Əliyevin kənd təsərrüfatı və su təhlükəsizliyi siyasəti
28-05-2026, 13:50
Səhiyyədə peşəkarlıq və humanizm nümunəsi – Gəncə Şəhər Birləşmiş Xəstəxanasının direktoru İlkin İsmayılov
Sağlamlıqla oynayanlar, Susdurulan zərərçəkən və şübhə doğuran qərar: Prokurorluq nəyi gizlədir? FOTO/VİDEO
“Merhemet.tv” xəbər veririr ki, Azərbaycan Respublikasında vətəndaşın sağlamlığı Konstitusiya ilə qorunan ali dəyərdir. Lakin Bakı şəhər sakini Həmidova Gülnara Nəcməddin qızının başına gələnlər göstərir ki, bəzən bu ali dəyər estetik salonların məsuliyyətsizliyi, daha sonra isə hüquqi biganəlik fonunda ciddi təhlükə altına düşür.
Məsələ Nərimanov rayonunda yerləşən estetik gözəllik salonunda kosmetoloq İbrahimova Esmira Dənizxan qızının qeyri-peşəkar müdaxiləsi nəticəsində bir vətəndaşın sağlamlığına real ziyan vurulması iddiası ilə başlayır. Zərərçəkən vəziyyətin ağırlığını nəzərə alaraq hüquq-mühafizə orqanlarına müraciət edir. Cəmiyyət belə hallarda obyektiv araşdırma və qanunun işləməsini gözləyir. Ancaq nəticə gözləntilərlə tam ziddiyyət təşkil edir.
Nərimanov Rayon Prokurorunun böyük köməkçisi, kiçik ədliyyə müşaviri Hüseynov Hamlet İmran oğlu tərəfindən aparılan araşdırma 22 may 2025-ci il tarixdə “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərarla yekunlaşdırılır. Qərarda bildirilir ki, guya hər hansı cinayət hadisəsi müəyyən edilməyib.
Ən narahatedici məqam isə qərarın əsaslandırılmasıdır. Sənəddə göstərilir ki, zərərçəkən Gülnara Həmidova əvvəlki müraciətini “əsəbi halda” yazıb, məsələni “anlaşılmazlıq” kimi qiymətləndirib və hazırda kosmetoloq barəsində heç bir şikayətinin olmadığını bildirib. Hətta gələcəkdə də olmayacağını qeyd edib.
Lakin Gülnara Həmidova bu iddiaları qətiyyətlə təkzib edir və açıq şəkildə bildirir: o, belə bir izahat verməyib.
Onun sözlərinə görə, səhhətinin son dərəcə ağır olduğu, faktiki olaraq özünü idarə edə bilmədiyi bir zamanda bu vəziyyətdən sui-istifadə edilib. Oxuya bilmədiyi, məzmunundan xəbərsiz olduğu sənədə imza atdırılıb və sonradan bu “izahat” onun iradəsi kimi təqdim olunub. Bu artıq sadəcə araşdırma səhlənkarlığı deyil, prosessual etikaya və vətəndaşın fundamental hüquqlarına açıq hörmətsizlikdir.
Əgər bir vətəndaşın adı ilə onun demədiyi sözlər rəsmiləşdirilirsə, bu, artıq cinayət hadisəsinin olub-olmamasından daha ciddi suallar doğurur: araşdırma obyektiv aparılıbmı, yoxsa məsələ süni şəkildə ört-basdır edilir?
Gülnara Həmidova bildirir ki, məhz kosmetoloqun qeyri-peşəkarlığı nəticəsində səhhəti ağır vəziyyətə düşüb və bu faktın üstündən sükutla keçilməsi yolverilməzdir. Estetik xidmət adı altında insanların sağlamlığı ilə eksperiment aparılması, ardınca isə hüquqi mexanizmlərin susdurulması cəmiyyət üçün təhlükəli presedent yaradır.
Cinayət Prosessual Məcəlləsinin 212.3-cü maddəsi açıq şəkildə deyir: cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan yuxarı prokurora və ya məhkəməyə şikayət verilə bilər. Bu hüquqdan istifadə edən Gülnara Həmidova Azərbaycan Respublikasının Baş Prokuroru cənab Kamran Əliyevə müraciət edərək Nərimanov Rayon Prokurorluğunda qəbul edilmiş 22 may 2025-ci il tarixli qərarın ləğv olunmasını tələb edir.
Müraciətdə işin başqa prokuror köməkçisinə və ya müstəntiqə verilməsi, təkrar və qərəzsiz komisyon məhkəmə-tibbi ekspertizasının təyin edilməsi, eləcə də kosmetoloq İbrahimova Esmira Dənizxan qızının əməllərində cinayət tərkibinin olub-olmamasına real hüquqi qiymət verilməsi tələb olunur.
Bu hadisə təkcə bir qadının sağlamlığı ilə bağlı məsələ deyil. Bu, estetik sektorun nəzarətsizliyi, araşdırmaların formal aparılması və zərərçəkənlərin səsinin boğulması ilə bağlı ciddi ictimai problemdir. İndi top hüquq-mühafizə orqanlarının meydanındadır. Cəmiyyət isə haqlı olaraq soruşur: ədalət işləyəcəkmi, yoxsa bu iş də susdurulan dosyelər siyahısına əlavə olunacaq?
Qarşı tərəflərin mövqeyini tanıyırıq.
APA TV-nin video sujetlərini təqdim edirik: