ANIM GÜNÜ İLƏ BAĞLI GİKM-İN REGİONAL NÜMAYƏNDƏLİK VƏ BÖLMƏLƏRİNDƏ SİLSİLƏ TƏDBİRLƏR KEÇİRİLİB
Ağırlıqqaldırma üzrə tələbələr arasında ilk dünya çempionumuz Tehran Məmmədov Vətənə qayıdıb
Xətai rayon ictimaiyyəti 27 Sentyabr – Anım Günü ilə əlaqədar şəhid məzarlarını ziyarət edib
“Avtopilot” MMC-nin rəhbəri İqrar Həsənov: 27 Sentyabr – Yarımçıq qalan arzuların əbədi Vətən hekayəsi
Qusar Rayon Yol İdarəsinin rəisi Güloğlan Əliyev: 27 Sentyabr – Zəfərə aparan yolun müqəddəs yaddaşı
Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi Teymur Hacıyev: 27 Sentyabr – Əbədi yaddaşa çevrilən qəhrəmanlıq
Gəncə şəhər İcra hakimiyyətinin başçısı Niyazi Bayramov: 27 Sentyabr – Bir xalqın qürur və ehtiram günü
Vətənpərvər xanım, xeyriyyəçi Zərniyar Kərimova: 27 Sentyabr – Qəlblərdə yaşayan müqəddəs yaddaş
“Gəncə Körpü Tikinti-2” ASC-nin rəhbəri Aqibət Məmmədov: “27 Sentyabr – Yaddaşdan tarixə, tarixdən gələcəyə”
İş adamı Qəzənfər Niftəliyev: 27 Sentyabr – Xalqın yaddaşında əbədi yaşayan qəhrəmanlıq günü
Arif Rəsulov: 27 Sentyabr – Anım Günü: Şəhidlərin əziz xatirəsi qarşısında baş əyirik
27 Sentyabr – Milli iradənin, xalq birliyinin və qəhrəmanlığın tarixə həkk olunduğu gün
Məcid Məmmədov: 44 günlük vətən müharibəsi milli birliyimizin gücünü bütün dünyaya nümayiş etdirdi
Avstraliyada koalaların sürətli artımı alimləri təşvişə saldı
Cənubi Avstraliyanın bəzi bölgələrində koala populyasiyasının sürətlə artması ekosistemlər üçün potensial təhlükə yaradıb və təbiəti mühafizə mütəxəssisləri arasında ciddi narahatlığa səbəb olub.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatı "The Independent" qəzeti yayıb.
Koalalar Avstraliyanın bəzi bölgələrində, xüsusən də şərq sahillərində rəsmi olaraq nəsli kəsilməkdə olan növlər siyahısına daxil edilsə də, yerli araşdırmalar onların ölkə üzrə ümumi populyasiyasının 729 minlə 918 min arasında dəyişdiyini göstərir. Ümumi sayın təxminən 10%-i Cənubi Avstraliyada yerləşən Maunt Lofti dağlarında cəmləşib.
Məlumata görə, şərqi Avstraliyanın böyük bir hissəsində koalaların sayı kəskin şəkildə azaldığı halda, Maunt Lofti dağlarında onların populyasiyası sürətlə artır. Mütəxəssislər xəbərdarlıq edirlər ki, adekvat nəzarət tədbirləri görülməzsə, Cənubi Avstraliyanın bəzi ərazilərində koala sayı növbəti 25 il ərzində daha 17-25% arta bilər.
Alimlərin hesablamalarına görə, bu artım qida ehtiyatlarına, bitki örtüyünə və bütövlükdə ekosistemlərə ciddi təzyiq göstərəcək. Koala populyasiyasına nəzarət üçün tətbiq olunan ənənəvi üsullar - kütləvi məhv etmə və ya kütləvi köçürmə - etik baxımdan narahatlıq doğurur və bu növ üçün uyğun hesab edilmir. Bu səbəbdən tədqiqatçılar doğuma nəzarət tədbirlərinin ən səmərəli və humanist həll yolu ola biləcəyi qənaətinə gəliblər.
Hesablamalara əsasən, yetkin dişi koalaların sterilizasiyasını nəzərdə tutan proqramın ümumi dəyəri 25 il ərzində təxminən 24 milyon ABŞ dolları təşkil edə bilər.























































