Pərvaz Kişiyev məsələsində susqunluq davam edir: LOR həkimi kimi fəaliyyətinin hüquqi əsası niyə açıqlanmır?
Vətənpərvər iş adamı Əliyar Fərzəliyevə 64 yaş tamam olması münasibətilə təbrik...
Gənc media araşdırmaçısı və təşkilatçısı Asim Asif oğlu Abdullayev BTV Xəbərin baş redaktor müavini vəzifəsinə təyin edilib
“Bir” Azərbaycanda ilk süni intellekt əsaslı elektron pulqabı asistentini təqdim etdi
Bilgəhdə tikinti ilə bağlı suallar: “Qazaxlı Faiq” obyektə hansı sənədlərlə rəhbərlik edir?
İSMAYIL ZALOVA BEYNƏLXALQ SƏVİYYƏDƏ YÜKSƏK ETİMAD: HÜQUQ, İNSAN HAQLARI VƏ ŞƏFFAFLIQ PRİNSİPLƏRİNƏ SƏDAQƏT
İranda etirazlarda ölənlərin sayı açıqlandı
İran İnsan Hüquqları Fəalları Xəbər Agentliyi (HRANA) İranda iqtisadi problemlər fonunda başlayan etirazlar zamanı ölənlərin sayının 4 029-a çatdığını açıqlayıb.
“Qafqazinfo”nun HRANA-ya istinadən məlumatına görə, ölkənin müxtəlif bölgələrində baş verən hadisələr nəticəsində 26 015 nəfər saxlanılıb.
Nümayişlər zamanı baş verən toqquşmalarda 180 təhlükəsizlik əməkdaşı olmaqla, ümumilikdə 4029 nəfər həyatını itirib.
Qeyd edək ki, agentlik bir gün əvvəl ölənlərin sayının 3919 olduğunu bildirmişdi.
Xatırladaq ki, İranda yerli valyutanın xarici valyutalara qarşı kəskin dəyər itirməsi və dərinləşən iqtisadi problemlər səbəbindən 28 dekabr 2025-ci ildə Tehranın Böyük Bazarında başlayan etirazlar qısa müddətdə bir çox şəhərə yayılıb.
Yanvarın 8-də Tehranda baş verən iğtişaşlardan sonra hökumət internetə çıxışı bloklayıb. Son günlərdə isə internetin qismən və məhdud şəkildə bərpa olunduğu qeyd edilir.
İran hakimiyyəti etirazlar zamanı ölən və yaralananların ümumi sayını açıqlamayıb. Rəsmi məlumatlara görə, 3700-dən çox təhlükəsizlik əməkdaşı yaralanıb, “terror təşkilatları ilə əlaqədə olmaq” və ya “iğtişaşları təhrik etmək” ittihamı ilə isə 3000 nəfər saxlanılıb.
Yanvarın 17-də İranın ali rəhbəri Ayətullah Əli Xamenei etirazlar zamanı “İsrail və ABŞ ilə əlaqəli şəxslərin ciddi ziyan vurduğunu və bir neçə min insanın ölümünə səbəb olduğunu” bəyan edib.























































