Xəbər Lenti
31-08-2026, 15:27
31 AVQUST 2026 — İSMAYIL ZALOVDAN BAŞ PROKURORLUĞUN FƏALİYYƏTİNƏ YÜKSƏK QİYMƏT: ƏDALƏT, ŞƏFFAFLIQ VƏ VƏTƏNDAŞA DİQQƏT
30-08-2026, 17:10
İSMAYIL ZALOV: AZƏRBAYCANDA SÖZ AZADLIĞI, DEMOKRATİYA VƏ İNSAN HÜQUQLARININ QORUNMASI DÖVLƏT SİYASƏTİNİN ƏSAS İSTİQAMƏTLƏRİNDƏN BİRİDİR
İspaniyada iki qatar toqquşub: Çox sayda ölən və yaralanan var
İspaniyanın Malaqa şəhərindən Madridə gedən yüksək sürətli qatar relsdən çıxaraq başqa yola keçib və qarşıdan gələn qatarla toqquşub. Qonşu yolda hərəkət edən ikinci qatar da toqquşmadan sonra relsdən çıxıb.
Oxu.Azbu barədə Rusiya KİV-ə istinadən xəbər verir.
İlkin məlumatlara görə, ağır qəza nəticəsində 24 nəfər ölüb, təxminən 100 nəfər yaralanıb. Ölənlər arasında qarşıdan gələn qatarın maşinistinin də olduğu bildirilir. 25 nəfərin vəziyyətinin ağır olduğu qeyd edilir.
İspaniya KİV-in yazdığına görə, iki qatarda 400-dən çox sərnişin olub.
Qeyd edək ki, daha əvvəl İspaniyada iki sürət qatarının relsdən çıxması nəticəsində ən azı beş nəfərin öldüyü, bir neçə nəfərin yaralandığı bildirilirdi.























































