Qaradağ rayon Qobustan qəsəbəsində itkin düşmüş Şəhid Cəlal Abdullayevin anım günü keçirildi
Şuşa Dövlət Dram Teatrında Şəhid kapitan Əli Abbasquluzadə və kəşfiyatçı Elman Əliyevin mövlud günü tədbiri keçirildi
Geofizika və Geologiya İdarəsinin rəisi Ziya Rəhimov-Neftçi əməyinə ehtiram, dövlətçilik ənənələrinə sədaqət
20 sentyabr – Azərbaycanın Dövlət Suverenliyi Günü milli qürur və dövlətçilik tariximizin şərəfli səhifəsidir
Xeyriyyəçi, vətənpərvər xanım Zərniyar Kərimova - Vətən sevgisi, dövlətçilik ruhu və neftçi əməyinə ehtiram
Hər bir müraciət qeydiyyata alınaraq problemlərin aradan qaldırılması istiqamətində aidiyyəti üzrə müvafiq göstəriş və tapşırıqlar verilib
Sentyabrın 17-də Yeni Azərbaycan Partiyası (YAP) İsmayıllı rayon təşkilatının XI konfransı keçirilib.
“Daş abidə” parkının yerini kim alıb? - Bu tikintiyə kim icazə verib?... - Yenilənib - VİDEO
Gömrük Komitəsinin rüşvət alan sabiq şöbə rəisi kassasiya şikayəti verib
Rüşvət müqabilində qanunsuz olaraq avtomobil idxalını həyata keçirməkdə təqsirləndirilən Dövlət Gömrük Komitəsinin Tranzit Şöbəsinin rəisi olmuş Anar Aslanovun barəsindəki qərardan kassasiya şikayəti verilib.
Oxu.Az Pravda.az-a istinadən xəbər verir ki, hazırda şikayət hakim İlqar Cəfərovun sədrliyi ilə araşdırılır.
Xatırladaq ki, Anar Aslanovun qanunsuz əməlləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə məlumat daxil olub. Məlum olub ki, Anar Aslanov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək ayrı-ayrı şəxslərdən aldığı külli miqdarda rüşvət müqabilində Azərbaycan Respublikası Nazirlər Kabinetinin "İstismar olunan minik avtomobillərinin Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsinin məhdudlaşdırılması haqqında" 29.03.2023-cü il tarixli qərarının tələblərini pozmaqla 2023-cü ilin iyun-avqust aylarında Gürcüstandan Azərbaycana idxal olunmuş istehsal tarixi 10 ildən artıq olan ümumilikdə 800-dən artıq avtomobilin qanunsuz şəkildə rəsmiləşdirməsinə şərait yaradıb. 2023-cü ildə keçirilən əməliyyat zamanı Anar Aslanov saxlanılıb.
Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 308.2. (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311.3.3-cü (külli miqdarda rüşvətalma) maddələri ilə ittiham edilib.
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Anar Aslanov 8 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Sumqayıt Apellyasiya Məhkəməsində qərarına əsasən, apellyasiya şikayəti təmin edilməyib.























































