Hər kəs öz hekayəsinin qəhrəmanıdır... Qalibin yaşı olmur... Kiçik qəhrəmanın Böyük yolu
Qaradağ rayon Qobustan qəsəbəsində itkin düşmüş Şəhid Cəlal Abdullayevin anım günü keçirildi
Şuşa Dövlət Dram Teatrında Şəhid kapitan Əli Abbasquluzadə və kəşfiyatçı Elman Əliyevin mövlud günü tədbiri keçirildi
Geofizika və Geologiya İdarəsinin rəisi Ziya Rəhimov-Neftçi əməyinə ehtiram, dövlətçilik ənənələrinə sədaqət
20 sentyabr – Azərbaycanın Dövlət Suverenliyi Günü milli qürur və dövlətçilik tariximizin şərəfli səhifəsidir
Qazaxıstanda kişi nikah qeydiyyatından 34 il sonra evli olduğundan xəbər tutub
Qazaxıstanın Jambıl vilayətinin sakini 1991-ci ildə qeydiyyata alınmış nikah qeydini aşkar edib. O, bundan 2025-ci ildə bank tətbiqinin "Dövlət xidmətləri" bölməsinə daxil olduğu zaman xəbər tutub.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Qazaxıstan Ali Məhkəməsinin Mətbuat Xidmətindən məlumat verilib.
Kişi məhkməyə müraciət edib və nikahın etibarsız elan edilməsi üçün iddia qaldırıb.
"O, iddia ərizəsində bildirib ki, 1991-ci ildə cavabdehlə ailə qurmaq niyyəti ilə yaşayıb, lakin artıq dörd aydan sonra onlar ayrılıblar. Tərəflər nikah qeydiyyatı üçün qeydiyyat şöbəsinə müraciət etməyiblər, heç bir sənəd imzalamayıblar və nikah şəhadətnaməsi almayıblar", - məhkəmənin məlumatında deyilir.
Lakin məhkəmə izah edib ki, sənədlərin saxtalaşdırılması ilə bağlı məhkəməyəqədərki istintaq icraat müddətinin bitməsi səbəbindən dayandırılıb, çünki iddia edilən pozuntu 1991-ci ilə aiddir. Materialların araşdırılması zamanı məlum olub ki, akt kitabında həqiqətən də nikah qeydiyyatı haqqında qeydlər var, lakin imzalar iddiaçıya və cavabdehə deyil, üçüncü şəxsə məxsusdur.
Məhkəmə bu qənaətə gəlib ki, 1991-ci ildə nikah qeydiyyatı qanunun tələbləri pozularaq həyata keçirilib, çünki tərəflər şəxsən iştirak etməyiblər və buna da qanunla icazə verilmir. Bundan əlavə, 1994-cü ildə cavabdeh başqa bir şəxslə qanuni nikah bağlayıb, iddiaçı isə 2001-ci ildə başqa bir vətəndaşla nikah qeydiyyatı edib və uşaqları var. Üstəlik, ər-arvad ailə münasibətlərində olmayıblar və məhkəmə nikahı etibarsız elan edib.























































