Bu sevda Vətən sevdasıdır... XTQ-nin cəsur döyüşçüsü, Şuşa fatehi Zaur Ələkbərovun qəhrəman obrazı
Masallı qaz idarəsindən şikayət: “Heç bir rəsmi xəbərdarlıq edilmədən qazımız kəsildi” -VIDEO
ZAQATALA RAYONU, MAZIX KƏNDİNDƏ NƏZARƏTSİZLİK TƏHLÜKƏLİ HƏDDƏ ÇATIB - SÜRÜCÜLƏR HƏR GÜN RİSK ALTINDADIR -VİDEO
Sözün, zəkanın və insanlığın 50 illik işıqlı yoluna ehtiramla – Təyyar Yəhyayevə yubiley təbriki
Aztürk Holding-in təşkilatçılığı ilə 28 May – Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib.
Milli geyim sənayesinin inkişafına töhfə verən rəhbər – Bakı Tikiş Evinin direktoru Fədai Rəhimov
Dövlətinə sədaqətlə xidmət edən peşəkar rəhbər – “Aran” Regional Enerji Təchizatı və Satış İdarəsinin rəisi Zülfi Ağayev
Dövlətinə və xalqına sədaqətlə xidmət edən rəhbər – “Azərişıq” ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satış İdarəsinin rəisi Nəriman Mahmudov
"Sistemdə ciddi islahatlara ehtiyac var" - Kənd təsərrüfatı üzrə subsidiyalar niyə effektiv deyil?
Dəhşətə salan görüntü: Milyarder Ceff Bezosun raketi Floridada sınaq zamanı partladı
Gənclərin İnkişaf və Karyera Mərkəzi tərəfindən regionlarda Müstəqillik Günü münasibətilə tədbirlər təşkil olunub
YAP İsmayıllı Rayon Təşkilatının sədri Zaur Muradovun 28 May – Müstəqillik Günü Münasibətilə təbriki və dövlətçilik dəyərlərinə sədaqət nümunəsi
Vaqif Abdullayev: 28 MAY siyasi təqvimdə Türk tarixi üçün uğur hekayəsi sayıla bilər.
İsmayıllı RİH-nin başçısı Nahid Bağırov 28 May – Müstəqillik Günü münasibəti ilə təbriki
Azərbaycanın aqrar inkişaf strategiyası: Prezident İlham Əliyevin kənd təsərrüfatı və su təhlükəsizliyi siyasəti
Səhiyyədə peşəkarlıq və humanizm nümunəsi – Gəncə Şəhər Birləşmiş Xəstəxanasının direktoru İlkin İsmayılov
AİHM-də ekoloji hüquqların zəfəri: Azərbaycan vətəndaş cəmiyyətinin beynəlxalq tarixi uğuru
Ətraf mühitin qorunması artıq yalnız ekoloji məsələ deyil, eyni zamanda insan hüquqları kontekstində fundamental əhəmiyyət daşıyan mühüm bir istiqamətdir. Bu baxımdan “Səma və Eko” Sosial-İqtisadi İnkişafa Yardım İctimai Birliyinin təşəbbüsü ilə Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) ünvanlanan bəyannamə mühüm ictimai və hüquqi hadisə kimi dəyərləndirilir.
Şuşa–Xankəndi yolunda keçirilən ekoloji aksiya zamanı yaranmış bir sıra mənfi təsirlərə cavab olaraq “Səma və Eko” Sosial-İqtisadi İnkişafa Yardım İctimai Birliyi tərəfindən hazırlanmış və 56 ölkəni əhatə edən müraciət məktubu beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmışdır. Bu sənəddə ekoloji təhlükəsizliklə bağlı risklərin insanların sağlam və təhlükəsiz mühitdə yaşamaq hüququna, eləcə də gələcək nəsillərin hüquqlarına birbaşa təsir göstərdiyi əsaslandırılmışdır.
Məhz bu müraciət əsasında “Səma və Eko” Sosial-İqtisadi İnkişafa Yardım İctimai Birliyi Avropa İnsan Haqları Məhkəməsinə rəsmi şəkildə müraciət etmişdir. Təşkilatın etibarnaməsi əsasında bu mühüm hüquqi prosesi Arhd.Az saytının rəhbəri, beynəlxalq hüquq eksperti, hüquq üzrə fəlsəfə doktoru İsmayıl Zalov Avropa İnsan Haqları Məhkəməsində yüksək peşəkarlıqla təmsil etmişdir.
Nəticə etibarilə, Avropa İnsan Haqları Məhkəməsində bu iş üzrə qalibiyyət əldə olunmuş, ekoloji hüquqların insan hüquqlarının ayrılmaz tərkib hissəsi olduğu bir daha beynəlxalq hüquqi müstəvidə təsdiqlənmişdir. Bu qələbə yalnız bir təşkilatın deyil, bütövlükdə vətəndaş cəmiyyətinin, ekoloji fəalların və hüquq müdafiəçilərinin uğuru kimi tarixə düşmüşdür.
Qeyd etmək lazımdır ki, İradə Həsənova, “Səma və Eko” Sosial-İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri olmaqla yanaşı, eyni zamanda Arhd.Az saytının Ekologiya üzrə şöbə rəisi kimi də bu prosesdə fəal mövqe nümayiş etdirmiş, ekoloji hüquqların beynəlxalq səviyyədə müdafiəsinə mühüm töhfə vermişdir.
Bu təşəbbüs bir daha sübut etdi ki, ətraf mühitin qorunması gələcək nəsillərin hüquqlarının təminatı deməkdir. “Səma və Eko” Sosial-İqtisadi İnkişafa Yardım İctimai Birliyi tərəfindən Avropa İnsan Haqları Məhkəməsinə təqdim edilən ekoloji bəyannamə ədalətin bərqərar olunması, vətəndaş cəmiyyətinin gücləndirilməsi və hüquqi dövlət prinsiplərinin möhkəmləndirilməsi istiqamətində atılmış əhəmiyyətli addımdır.
Arhd.Az saytının rəhbəri, beynəlxalq hüquq eksperti, hüquq üzrə fəlsəfə doktoru İsmayıl Zalovun bu prosesdə göstərdiyi peşəkar və prinsipial mövqe ekoloji hüquqların beynəlxalq hüquqi platformalarda müdafiəsinin mümkün və zəruri olduğunu bir daha nümayiş etdirdi. Bu qələbə Azərbaycan vətəndaş cəmiyyətinin beynəlxalq hüquq müstəvisində artan nüfuzunun bariz nümunəsidir.
ARHD.az























































