Menu
Xəbər Lenti
Şanlı Zəfər salnaməsi
19-09-2026, 13:07

Şanlı Zəfər salnaməsi

Bizim Nizami müəllim...
18-09-2026, 14:32

Bizim Nizami müəllim...

DTX məlumat yaydı - Video
18-09-2026, 10:27

DTX məlumat yaydı - Video

17 yolda tıxac var - Siyahı
17-09-2026, 10:05

17 yolda tıxac var - Siyahı

14 Yanvar 2026 14:50Manşet / Dünya

Filippində baş verən sürüşmə nəticəsində ölənlərin sayı artdı

 

Filippinin mərkəzindəki Sebu şəhərində zibil poliqonda baş verən sürüşmə nəticəsində ölənlərin sayı 19-a çatıb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə "ABS-CBN News" telekanalı yerli hakimiyyət orqanlarına istinadən məlumat verib.

Məlumata görə, 17 nəfər hələ də itkin düşmüş hesab edilir. Sebu şəhər şurası qurbanların xatirəsinə matəm günü elan edib.

Fövqəladə xidmətlər axtarış-xilasetmə əməliyyatını davam etdirir və buna 300-dən çox insan cəlb edilib. Onlara Sebu Hərbi Dəniz Qüvvələrinin əməkdaşları da qoşulublar.

Xatırladaq ki, Sebu zibil poliqonunda sürüşmə yanvarın 8-də baş verib. Hadisədən sonrakı ilk saatlarda dağıntılar altından 12 nəfər sağ tapılıb və daha sonra onlar xəstəxanaya yerləşdiriliblər.