Hər kəs öz hekayəsinin qəhrəmanıdır... Qalibin yaşı olmur... Kiçik qəhrəmanın Böyük yolu
Qaradağ rayon Qobustan qəsəbəsində itkin düşmüş Şəhid Cəlal Abdullayevin anım günü keçirildi
Şuşa Dövlət Dram Teatrında Şəhid kapitan Əli Abbasquluzadə və kəşfiyatçı Elman Əliyevin mövlud günü tədbiri keçirildi
Geofizika və Geologiya İdarəsinin rəisi Ziya Rəhimov-Neftçi əməyinə ehtiram, dövlətçilik ənənələrinə sədaqət
20 sentyabr – Azərbaycanın Dövlət Suverenliyi Günü milli qürur və dövlətçilik tariximizin şərəfli səhifəsidir
Britaniya media tənzimləyicisi "X" ilə bağlı araşdırmalara başladı
"Ofcom" Britaniya media tənzimləyicisi "X" sosial şəbəkəsi ilə bağlı araşdırmalara başlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Ofcom" açıqlama yayıb.
"X" sosial şəbəkəsinin internet təhlükəsizliyi çərçivəsində qanuni öhdəliklərini pozub-pozmadığını müəyyən etmək üçün rəsmi araşdırmalara başlamaq qərarına gəldik", - açıqlamada deyilir.
Araşdırma britaniyalı istifadəçilərin "Ölkə ərazisində qadağan olunmuş məzmunu görməsi" riskinin olub-olmadığını, sosial şəbəkə rəhbərliyinin bu cür məzmunun nümayişinin qarşısını almaq üçün tədbirlər görüb-görmədiyini araşdıracaq. "Ofcom", həmçinin "Grok" çatbotu tərəfindən yaradılan şəkillərin uşaqlar üçün risk yaradıb-yaratmadığını öyrənmək niyyətindədir.
Ötən həftə hökumət mənbələri "The Daily Telegraph"a bildiriblər ki, internet təhlükəsizliyi qanunvericiliyi çərçivəsində məhdudiyyətlər mövcuddur və milyardlarla funt sterlinq cərimə və ya ölkə miqyasında sosial şəbəkəyə girişin bloklanması da buraya daxildir.
Qəzetin qeyd etdiyi kimi, Londonun etirazları sosial şəbəkəyə inteqrasiya olunmuş çatbot tərəfindən yaradılan qadın və uşaqların açıq-saçıq şəkillərindən qaynaqlanır. Belə "deepfake"lərdən artıq Britaniya taxt-tacının varisinin həyat yoldaşı şahzadə Keyt Middlton, britaniyalı digər məşhurlar, nazirlər və millət vəkillərini narahatlıqlarını ifadə ediblər.























































