Hər kəs öz hekayəsinin qəhrəmanıdır... Qalibin yaşı olmur... Kiçik qəhrəmanın Böyük yolu
Qaradağ rayon Qobustan qəsəbəsində itkin düşmüş Şəhid Cəlal Abdullayevin anım günü keçirildi
Şuşa Dövlət Dram Teatrında Şəhid kapitan Əli Abbasquluzadə və kəşfiyatçı Elman Əliyevin mövlud günü tədbiri keçirildi
Geofizika və Geologiya İdarəsinin rəisi Ziya Rəhimov-Neftçi əməyinə ehtiram, dövlətçilik ənənələrinə sədaqət
20 sentyabr – Azərbaycanın Dövlət Suverenliyi Günü milli qürur və dövlətçilik tariximizin şərəfli səhifəsidir
Alimlər qripin yayılması ilə bağlı maraqlı eksperiment aparıblar
Merilend Universitetinin alimlərinin apardığı qeyri-adi eksperiment göstərib ki, qrip xəstəsi ilə eyni otaqda olmaq hər zaman yoluxmaya səbəb olmur.
Oxu.Az bildirir ki, "PLOS Pathogens" jurnalında dərc olunan tədqiqat virusun əslində necə yayıldığına dair yeni ipucları təqdim edir.
Eksperiment çərçivəsində təsdiqlənmiş qrip diaqnozu olan beş tələbə ortayaşlı 11 sağlam könüllü ilə birlikdə bir hotel otağında vaxt keçirib. Yaxın təmaslara - söhbətlərə və birgə fəaliyyətlərə baxmayaraq, sağlam iştirakçıların heç biri yoluxmayıb.
Analiz bir neçə əsas səbəbi üzə çıxarıb:
- Öskürəyin olmaması: Yoluxmuş tələbələrdə virus yükü yüksək olsa da, onlar demək olar ki, öskürmürdülər və buna görə də havaya çox az virus yayırdılar;
- Yaxşı ventilyasiya: Otaqdakı hava istilik və nəm azaltma qurğuları vasitəsilə daim qarışdırılır və təmizlənirdi, bu da virus hissəciklərinin sürətlə seyrəkləşməsinə səbəb olurdu;
- Yaş faktoru: Ortayaşlı böyüklər, adətən, qripə gənclərlə müqayisədə daha az həssas olurlar.
Tədqiqatın aparıcı müəllifi, professor Donald Milton isə qeyd edib ki, ən yüksək risk üzbəüz, yaxın ünsiyyət zamanı və havası durğun olan qapalı məkanlarda yaranır. O, qorunma üçün portativ hava təmizləyicilərindən istifadə etməyi və xüsusilə öskürən insanla yaxın təmasda olarkən N95 maskaları taxmağı tövsiyə edib.























































