Menu
Xəbər Lenti
FHN təlim keçirdi - Video
21-11-2026, 12:03

FHN təlim keçirdi - Video

Prezident rəsmi qarşılandı
21-11-2026, 11:13

Prezident rəsmi qarşılandı

09 Yanvar 2026 07:41Manşet / Dünya

Hələbdə atəşkəs elan edildi

 

Suriya Müdafiə Nazirliyi Hələbdə atəşkəs elan edib.

“Qafqazinfo” xəbər verir ki, qurum bu barədə teleqram kanalında paylaşım edib. 

Atəşkəs Bakı vaxtı ilə 04:00-da qüvvəyə minib. 

Bildirilib ki, bu barədə qərar şəhərdə gərginliyi azaltmaq məqsədilə verilib. 

Qeyd edək ki, bir neçə gündür Hələbdə Suriyanın keçid hökumətinin qüvvələri ilə kürd silahlı birləşmələri arasında döyüşlər gedirdi. Yanvarın 8-də Suriya Silahlı Qüvvələri şəhərdə antiterror əməliyyatına başlamışdı.