Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatı
“SABAH.city”də AzTU-nun süni intellekt əsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq
“Kristal Abşeron” MTK-dan yenə də ŞİKAYƏT VAR! – Sakinlərin sualı cavabsız qalır – İDDİA
“Ekspertizalar qətlə yetirilmiş azərbaycanlıların işgəncələrə məruz qaldığını göstərir”
Edamdan sağ çıxan Krista bir həftə sonra özünə gəldi - İki ölümcül iynə onu öldürməmişdi
“Gənclər üçün HR sahəsində karyera: İlk addımlardan peşəkar inkişafa” adlı panel müzakirəsi keçirilib
Olimp Hospital və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının birgə təşkilatçılığı ilə Müəllimlər Gününə həsr olunmuş maarifləndirici seminar keçirilib.
“Məktəbəqədər təhsil: keyfiyyətli başlanğıc, dayanıqlı inkişaf” konfransı keçirilib
İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin İdarə Heyətinin növbəti iclası keçirilib.
“ARHD.AZ” SAYTI 1 YAŞINI YÜKSƏK SƏVİYYƏDƏ QEYD ETDİ
07 yanvar 2026-cı il tarixində ARHD.AZ saytının fəaliyyətə başlamasının bir ili tamam olması münasibətilə təntənəli tədbir keçirilib. Yüksək təşkilatçılıqla reallaşan tədbir ARHD.AZ ailəsi üçün əlamətdar hadisə olmaqla yanaşı, media ictimaiyyətinin də diqqət mərkəzində olub.
Tədbirdə ARHD.AZ saytının 15 nəfərdən ibarət əməkdaş heyəti, eləcə də xarici ölkələrdə fəaliyyət göstərən nümayəndələri onlayn formada – Zoom platforması vasitəsilə iştirak edərək təbriklərini çatdırıblar. Ümumilikdə 60 nəfərə yaxın qonağın iştirak etdiyi tədbirdə dövlət rəsmiləri, ictimaiyyət nümayəndələri və tanınmış simalar yer alıb.
Tədbirin açılış mərasimində ARHD.AZ saytının rəhbəri, beynəlxalq hüquq eksperti, hüquq üzrə fəlsəfə doktoru İsmayıl Zalov çıxış edərək Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın ölkəmizin inkişafı, dövlətçiliyin möhkəmləndirilməsi və beynəlxalq arenada Azərbaycanın nüfuzunun artırılması istiqamətində gördükləri əvəzsiz işlərdən bəhs edib. İsmayıl Zalov qonaqları səmimi şəkildə salamlayaraq, bu əlamətdar gündə iştirak etdiklərinə görə hər birinə dərin təşəkkürünü bildirib.
Yüksək səviyyədə keçirilən tədbirdə cəmiyyətin böyük hörmətini qazanmış dəyərli şəxsiyyət, xeyriyyəçi Hacı Nuran da iştirak edib. O, ARHD.AZ saytının birillik fəaliyyəti münasibətilə çıxış edərək kollektivə uğurlar arzulayıb, xeyir-dualarını verib və saytın gələcək fəaliyyətinə inamını ifadə edib.
Qeyd edək ki, ARHD.AZ saytı fəaliyyət göstərdiyi bir il ərzində hər zaman Azərbaycan Respublikasına, dövlətə və dövlətçiliyə sədaqət prinsiplərinə əsaslanaraq, obyektiv, milli maraqlara xidmət edən mövqeyi ilə seçilib. Sayt gələcək fəaliyyətində də bu yolu qətiyyətlə davam etdirməyi qarşısına məqsəd qoyub.
ARHD.AZ ailəsi qarşıdakı illərdə də daha böyük uğurlara imza atmağı, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində fəaliyyətini genişləndirməyi hədəfləyir.























































































