“Böyük Qayıdış” Gənclər Təşkilatı Ulu Öndərin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirib
ATU rəhbərliyi Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibəti ilə Ulu Öndərin məzarını ziyarət edib
Azərbaycan-Ermənistan sərhədində delimitasiya üzrə işlər nə yerdədir? - Nazirdən AÇIQLAMA
Arzu Əliyeva ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar paylaşım edib
Azərbaycan - Britaniya Peşəkarları Assosiasiyası ilə ATU arasında əməkdaşlıq genişlənir
İlham Əliyev Heydər Əliyevin ömür yolundakı vacib məqamları əks etdirən videoçarx paylaşıb
DYP Kürdəmir Postunun komandiri Ruslan İsayev: “Ulu Öndər Heydər Əliyev – Azərbaycan dövlətçiliyinin xilaskarı”
İş adamı Cəbrayıl Cəbrayılov: “Ümummilli Lider Heydər Əliyev Azərbaycanın dövlətçilik tarixində əbədi imzadır”
Kliniki Tibbi Mərkəzin direktoru Musa Abbasov: “Ulu Öndər Heydər Əliyev və Azərbaycan səhiyyəsinin inkişafı”
Geofizika və Geologiya İdarəsinin rəisi Ziya Rəhimov: “Ulu Öndər Heydər Əliyev və neft strategiyası”
YAP İsmayıllı rayon təşkilatının sədri Zaur Muradov: “Heydər Əliyev – müasir Azərbaycan modeli və dövlətçilik strategiyasının müəllifi”
Taleh Məmmədov: “Heydər Əliyev və müasir Azərbaycan modeli dövlətçilik strategiyasının müəllifi”
Qobustan Rayon Mərkəzi Xəstəxanasının Terapiya Şöbəsinin müdiri Lamiyə Nəsibova: “Ulu Öndər Heydər Əliyev və tibb sahəsində uğurlar”
Qobustan Rayon Mərkəzi Xəstəxanasının direktoru Günay Muradova: “Ulu Öndər Heydər Əliyev - Azərbaycan səhiyyəsinə layiqli xidmətin nümunəsi”
Qobustan Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Xəyalə İmanova: “Ulu Öndər Heydər Əliyev və Azərbaycan səhiyyəsi”
Xətai rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş möhtəşəm konsert proqramı və atəşfəşanlıq təşkil olunub
Azərbaycan Tibb Universiteti Türkiyənin Yozqat Bozok Universiteti ilə əməkdaşlığa başlayır
İpək Yol MMC-nin rəhbəri Qəzənfər Niftəliyev: “Mən fəxr edirəm ki, Ulu Öndər Heydər Əliyevin dövrünün ziyalıları ilə çiyin-çiyinə çalışıram”
Xeyriyyəçi, vətənpərvər sahibkar xanım Zərniyar Kərimova: “Ulu Öndər və Azərbaycan qadını”
Tibb üzrə fəlsəfə doktoru Dilqəm Məhərrəmov beynəlxalq tibb konqresində məruzə ilə çıxış edib
“Sağlığında sahə həkiminin qəbuluna düşməyibsə, ölüm kağızı almaq olmur” - Rəsmi açıqlama
MƏSLƏKDƏN ÇATILMIŞ OCAQDIR TƏBRİZ
Azərbaycanlıların çağdaş dövrdə mənəvi paytaxtı hesab olunan və uzun illər Azərbaycan dövlətlərinə (Səfəvilər, Atabəylər, Qaraqoyunlular və s.) paytaxt olmuş qədim şəhər Təbriz özünün tarixi və mədəni zənginliyi ilə yanaşı, həm də zaman-zaman milli haqlar uğrunda mübarizənin əsas mərkəzlərindən biri olub. Təbriz yenə də azadlıq təşnəsi ilə qaynayır. Bu, yalnız milli azadlıq deyil, həm də iqtisadi, sosial və mədəni ədalətin bərpa olunması üçün bir çağırışdır.
Son dövrlərdə İranın hakimiyyətinə qarşı olan haqlı etirazlar Təbrizdə daha da güclənib. Tələbələr, fəallar və cəmiyyətin digər təbəqələri milli kimliklərinə və mədəniyyətlərinə hörmət göstərilməsi, daha geniş siyasi azadlıqların əldə edilməsi üçün mübarizə aparır. Sosial media və digər müasir kommunikasiya vasitələri, bu cür hərəkətləri təşkil etmək və xalqın çağırışlarını dünyaya çatdırmaq üçün mühüm bir rol oynayır. Təbriz, bir zamanlar "qiyam şəhəri" olaraq tanınsa da, bu gün də öz azadlıq istəyini həm daxildə, həm də beynəlxalq aləmdə səsləndirməkdədir.
Ənənəvi olaraq, Təbrizdəki xalq yüksək bir milli şüura və azadlıq təfəkkürünə sahibdir. Bu şəhər, daima öz azadlıq arzusunu həyata keçirmək üçün bir meydan olub. Son dövrlərdə yaranan siyasi təzyiqlər, iqtisadi sıxıntılar və etnik ayrı-seçkilik, Təbrizdəki narazılığı daha da artırıb. Bununla yanaşı, insanlar arasında hər hansı bir işgəncə, zorakılıq və ya təzyiq qarşısında susmaq əvəzinə, haqqını tələb edənlər azadlıq həsrətini yeni formalarla ifadə edirlər.
Bəs Təbrizdəki azadlıq təşnəsi nəyi ifadə edir? Yalnız siyasi rejimin dəyişməsini və ya mədəniyyətin qorunmasını? Yoxsa bu, daha geniş bir sosial hərəkatın, bütün İran cəmiyyətinin öz gələcəyini müəyyənləşdirmək üçün bir çağırışı deyilmi? Şübhəsiz, bu suallar bugünkü siyasi mühitin içində daha da dərinləşir. Təbriz yalnız bir şəhər olaraq deyil, həm də bir simvol kimi, insan hüquqlarının, azadlıqların və ədalətin bərpa olunması üçün böyük bir çağırış yerinə yetirir.
Azadlıq təşnəsi tarix boyu heç vaxt ölən deyiı əksinə, daha da böyüyən bir ideal olmuşdur. Təbriz, bu idealı yaşatmaq üçün mübarizəsinə davam edir. Hər bir keçən gün, şəhər daha da yüksəlir, daha da qaynayır və bəlkə də, gələcəkdə İranın bütün bölgələrindəki insanlar üçün bir yol göstərən bir təcrübəyə çevriləcək. Azadlıq uğrunda gedən mübarizə, Təbrizdə öz əksini tapmaqda, nəinki bir şəhər, hətta bir xalqın ümumi istəyini təmsil edir.
Azərbaycanlılar üçün Təbriz yenə də qəlblərdə bir ümid, bir mübarizə məkanıdır. Azadlıq təşnəsi, Təbrizdəki insanların səsidir, hər gün yüksələn, mübarizəni davam etdirən və bir gün öz yerini tapacaq bir çağırışdır. Bu səs, yalnız Təbrizlə məhdudlaşmayacaq, bütün İran və ümumilikdə regionda ədalət və azadlıq uğrunda atılan hər addımın izləri olacaq.
Təbrizin nəfəsi - Səhənd havası,
Surxabın al rəngi ruhuna hopub.
Əsrlər adlayan zaman qovğası
Ərənlər yurdunda köhlənin çapıb...
Məsləkdən çatılmış ocaqdır Təbriz,
Şöləsində aydın tarixi toran.
Burda babalardan qalan nişan-iz
Ulu məqamına bir möhür vuran!
Təbriz ucalığı, qocalığıyla
Gözümə-könlümə köçən gözəllik.
Şəhərlər içində qürur taçıyla
Azərbaycan adlı bir əzəlilik.
Gültək pardaxlanıb Təbriz xalçası,
İki göz istəyir pərvanə olsun.
Günəşgözlü səhər sanki saçası,
Şövqə gəlir ürək, fərəhlə dolsun...
Araz ayırsa da o tay, bu taya -
Təbrizli, Bakılı Azərbaycana...
Bu ellər bağlıdır bir kökə, soya,
Əsil- nəcabətim bəlli cahana!
Tapdıq ƏLİBƏYLİ























































