Menu
Xəbər Lenti
Faktiki hava açıqlandı
Dünən, 11:21

Faktiki hava açıqlandı

Bu gün imtahan var
Dünən, 11:18

Bu gün imtahan var

Savaşdan qələbəyə
11-07-2026, 16:04

Savaşdan qələbəyə

FHN daha bir təlim keçirdi
9-07-2026, 12:32

FHN daha bir təlim keçirdi

05 Yanvar 2026 05:31Manşet / Dünya

Ərdoğan onunla Qəzzadakı vəziyyətdən danışdı

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salmanla telefon danışığı aparıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Məlumata görə, görüşdə Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında ikitərəfli münasibətlər, eləcə də regional və qlobal məsələlər müzakirə olunub.

Ərdoğan yaxın dövrdə atılacaq addımlarla iki ölkə arasında əməkdaşlığın daha da dərinləşdirilməsinin hədəfləndiyini bildirib.

Danışıq zamanı Ərdoğan Türkiyənin Somali və Yəməndə baş verən prosesləri yaxından izlədiyini, hər iki ölkənin ərazi bütövlüyünün qorunmasının regional sabitlik baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb. O, həmçinin Türkiyənin Yəməndə tərəflərin bir araya gətirilməsinə yönələn səylərə töhfə verməyə hazır olduğunu qeyd edib.

Görüşdə Prezident Ərdoğan Qəzzada humanitar vəziyyətin qış mövsümünün başlaması ilə daha da ağırlaşdığını diqqətə çatdırıb, Türkiyənin daimi atəşkəsin təmin olunması və Qəzzanın yenidən bərpası istiqamətində fəaliyyətini davam etdirdiyini bildirib.