Bu sevda Vətən sevdasıdır... XTQ-nin cəsur döyüşçüsü, Şuşa fatehi Zaur Ələkbərovun qəhrəman obrazı
Masallı qaz idarəsindən şikayət: “Heç bir rəsmi xəbərdarlıq edilmədən qazımız kəsildi” -VIDEO
ZAQATALA RAYONU, MAZIX KƏNDİNDƏ NƏZARƏTSİZLİK TƏHLÜKƏLİ HƏDDƏ ÇATIB - SÜRÜCÜLƏR HƏR GÜN RİSK ALTINDADIR -VİDEO
Sözün, zəkanın və insanlığın 50 illik işıqlı yoluna ehtiramla – Təyyar Yəhyayevə yubiley təbriki
Aztürk Holding-in təşkilatçılığı ilə 28 May – Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib.
Milli geyim sənayesinin inkişafına töhfə verən rəhbər – Bakı Tikiş Evinin direktoru Fədai Rəhimov
Dövlətinə sədaqətlə xidmət edən peşəkar rəhbər – “Aran” Regional Enerji Təchizatı və Satış İdarəsinin rəisi Zülfi Ağayev
Dövlətinə və xalqına sədaqətlə xidmət edən rəhbər – “Azərişıq” ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satış İdarəsinin rəisi Nəriman Mahmudov
"Sistemdə ciddi islahatlara ehtiyac var" - Kənd təsərrüfatı üzrə subsidiyalar niyə effektiv deyil?
Dəhşətə salan görüntü: Milyarder Ceff Bezosun raketi Floridada sınaq zamanı partladı
Gənclərin İnkişaf və Karyera Mərkəzi tərəfindən regionlarda Müstəqillik Günü münasibətilə tədbirlər təşkil olunub
YAP İsmayıllı Rayon Təşkilatının sədri Zaur Muradovun 28 May – Müstəqillik Günü Münasibətilə təbriki və dövlətçilik dəyərlərinə sədaqət nümunəsi
Vaqif Abdullayev: 28 MAY siyasi təqvimdə Türk tarixi üçün uğur hekayəsi sayıla bilər.
İsmayıllı RİH-nin başçısı Nahid Bağırov 28 May – Müstəqillik Günü münasibəti ilə təbriki
Azərbaycanın aqrar inkişaf strategiyası: Prezident İlham Əliyevin kənd təsərrüfatı və su təhlükəsizliyi siyasəti
Səhiyyədə peşəkarlıq və humanizm nümunəsi – Gəncə Şəhər Birləşmiş Xəstəxanasının direktoru İlkin İsmayılov
Ölkə başçısının qızları şəhid evinə belə getmişdilər, Mingəçevirin icra başçısı isə….-Fotolar
Dekabrın 30-da Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov şəhid Rzayev Əli Nəsib oğlunun anası Kamilə Rzayevaya M.Rəsulzadə küçəsində yerləşən 6/102 saylı binanın 1 nömrəli mənzilinin açarını təqdim edib. Rəsmi təqdimat mərasimi ictimaiyyətə sosial dəstək və qayğı nümunəsi kimi təqdim olunsa da, mərasim zamanı baş verən bir məqam cəmiyyətdə ciddi narazılıq və müzakirələrə səbəb olub.
Belə ki, şəhid ailəsinin mənzilinə daxil olan icra başçısı İlham İsmaylov evə ayaqqabısını çıxarmadan daxil olub. Bu hal sadəcə məişət qaydalarının pozulması deyil, həm də şəhid ailəsinə, xüsusilə də şəhid anasına qarşı açıq hörmətsizlik kimi dəyərləndirilir. Azərbaycan cəmiyyətində evə ayaqqabı ilə daxil olmamaq təkcə adət deyil, hörmət və ehtiramın ifadəsidir.
(Fotolar Mingəçevir İcra hakimiyyətinin rəsmi saytından götürülüb)
Şəhid anasının evi müqəddəs bir ocaqdır. O evdə həm kədər, həm qürur, həm də Vətən üçün verilmiş canın izi var. Belə bir məkanda göstərilən hər bir davranış ölçülü-biçili, etik və mənəvi dəyərlərə uyğun olmalıdır. Dövlət məmurunun bu cür məsuliyyətsiz davranışı isə onun tutduğu vəzifənin ağırlığı ilə tam ziddiyyət təşkil edir.
Məsələ mənzil açarının təqdim olunması ilə bitmir. Əsas məsələ şəhid ailəsinə münasibətin necə formalaşmasıdır. Kameralar önündə verilən açar real hörmətlə, səmimi davranışla və ən xırda detallara diqqətlə tamamlanmadıqda, bu addım formal xarakter daşıyır.
Bu hadisə bir daha göstərdi ki, vəzifə sahibi olmaq hər zaman yüksək mədəniyyət və mənəvi səviyyə demək deyil. Şəhidlər bu xalqın ən ali dəyəridir, onların ailələri isə xüsusi ehtiramla qorunmalı olan ünvanlardır. Bu həssaslıq göstərilmədikdə, cəmiyyətin haqlı etirazı qaçılmaz olur.
(Fotolar Mingəçevir İcra hakimiyyətinin rəsmi saytından götürülüb)
Ortaya çıxan əsas sual isə budur:Şəhid ailəsinə hörmət yalnız rəsmi mərasimlərləmi ölçülür, yoxsa bu hörmət davranışda, münasibətdə və mənəvi dəyərlərə sadiqlikdə özünü göstərməlidir?
Qeyd edək ki, Ölkə başçısı və ailə üzvləri şəhid ailələrinə daim diqqətlə yanaşıb,onların qayğıları ilə maraqlanıb və hər zaman hörmətlə yanaşılan münasibət sərgiləyiblər. Xəbər verdiyimiz kimi noyabr ayında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva Astarada Azərbaycanın Milli Qəhrəmanı Pəncəli Teymurovun ailəsini ziyarət edən zaman davranışları ilə hər kəsin növbəti dəfə sevgisini və hörmətini qazanıblar. Belə ki, Prezidentin qızları şəhid evində ayaqqabısız olublar bu da fotolarda öz əksini tapıb.
Lakin göründüyü kimi Mingəçevirin İcra Hakimiyyətinin başçısı İlham İsmayılov heç bir etik qaydalara riayət etməyərək belə davranışı müzakirəyə səbəb olub. Xaırladaq ki, Ölkə başçısı İlham Əliyevin ən prioritet məsələlərindən biri şəhid və qazi ailələrinə diqqət və qayğıdır. Şəhid və qazilərə verilən mənzillər, avtomobillər və yaxud yardımlar birbaşa Prezident İlham Əliyevin diqqət və qayğısının nəticəsidir.
Hər hansısa bir məmur belə hallardan sui istifadə edib özünə divident qazanması yolverilməzdir. Bakunews.az
























































