Lənkəran ŞİH başçısı yanında payız-qış mövsümünə hazırlıqla bağlı aparat müşavirəsi keçirilib
Türkiyə Uluslararası Elmlər Akademiyasının fəxri professoru, hüquq elmləri üzrə fəlsəfə doktoru və tanınmış şair Raqif Nazimoğlunun təqdimatında
350 min manatı şəxsi məqsədləri üçün xərcləyib - “Azərişıq” ASC-nin adı MƏHKƏMƏ ÇƏKİŞMƏSİNDƏ
Taleh Qaraşov Xanbulan, Sərinbulaq, Bürcəli, Daştatük, Aşağı Apu və Rəzvan kəndlərinin sakinlərinin qayğı və problemlərini dinləyib
Fatma Yıldırım:Bakı İqlim Həftəsi Azərbaycanın qlobal iqlim gündəliyində fəal rolunun davamıdır
Türkiyə Uluslararası Elmlər Akademiyasının fəxri professoru, hüquq elmləri üzrə fəlsəfə doktoru və tanınmış şair Raqif Nazimoğlunun təqdimatında
Gənclər Mərkəzi necə şadlıq evinə çevrilib? – İmişlidə şok iddialar/VİDEO
İmişli rayonunda gənclərin inkişafı və maarifləndirilməsi məqsədilə Prezident İlham Əliyevin təşəbbüsü və Ulu Öndər Heydər Əliyevin adını daşıyan park ərazisində tikilmiş “Gənclər Mərkəzi” ilə bağlı ciddi qanunsuzluq iddiaları gündəmə gəlib. Sosial şəbəkə istifadəçisi Səməd Əliyev öz profilində məsələ ilə bağlı ittiham xarakterli paylaşımlar edərək, mərkəzin faktiki olaraq şəxsi kommersiya obyektinə çevrildiyini bildirib.
S. Əliyevin paylaşımında bildirilir ki, Gənclər Mərkəzinin yerləşdiyi ərazi Hacı Tofiq İsayevin maddi imkanları hesabına özəlləşdirilərək burada çayxana, bank, otel və şadlıq sarayı fəaliyyətə başlayıb. İddialara görə, bu məqsədlə park ərazisində yerləşən təxminən 500 şam ağacı məhv edilib. Qeyd olunur ki, bu obyektlər birbaşa gənclərin istifadəsi üçün nəzərdə tutulan dövlət mülkiyyətinin zəbt edilməsi bahasına başa gəlib.
Ən ciddi suallardan biri isə budur: Gənclər və İdman Nazirliyinin balansında olması gərəkən inzibati bina necə kommersiya obyektinə çevrilib? Bu cür hadisənin baş verməsi birbaşa qanunsuz özəlləşdirmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və ictimai əhəmiyyətli dövlət əmlakının talanı kimi qiymətləndirilə bilər.
Məsələ ilə bağlı Gənclər və İdman Nazirliyindən, İmişli Rayon İcra Hakimiyyətindən, eləcə də Dövlət Əmlak Komitəsindən rəsmi mövqe tələb edən sorğu hazırlanacaq.
Media olaraq tələb edirik:
- Gənclər Mərkəzinin hüquqi statusu açıqlansın;
- Ərazidə aparılan söküntü və tikinti işlərinə icazə verən şəxslər müəyyən edilsin;
- Dövlət əmlakının şəxsi kommersiya maraqları üçün istifadəsinə yol verən məmurlar barəsində tədbir görülsün.
İctimaiyyətin bu tip hallara susması mümkün deyil – bu, təkcə bir binanın yox, gənclərin gələcəyinin zəbtidir.























































