Menu
Xəbər Lenti
GÜLÜB KEÇDİM...
Bugün, 17:01

GÜLÜB KEÇDİM...

Şəhid övladları Fransada
19-07-2026, 11:29

Şəhid övladları Fransada

Ağstafaya sel gəldi
19-07-2026, 10:45

Ağstafaya sel gəldi

Hərbçimiz həlak oldu
18-07-2026, 11:18

Hərbçimiz həlak oldu

Sən kimə dua edirsən?..
18-07-2026, 11:14

Sən kimə dua edirsən?..

03 Yanvar 2026 08:36Manşet / Gündəm / Cəmiyyət

Məşhur restoranda gigiyena qaydalarına əməl olunmur? - İDDİA

 

Qida obyektlərində sanitariya və gigiyena qaydalarına əməl olunması istehlakçı sağlamlığının qorunması baxımından əsas tələblərdən biri hesab olunur.



Son günlər sosial şəbəkələrdə yayılan görüntülər ictimai müzakirələrə səbəb olub.

Videolarda "Domino's Pizza" restoranının Nərimanov filialında işçilərin pizzaların hazırlanması zamanı əlcəkdən istifadə etmədiyi iddia olub.

Məsələ ilə bağlı Baku TV-nin çəkiliş qrupu sözügedən ünvanda olub.

"Əgər hər hansı müştəri pizzasının əlcəksiz hazırlanmasını istəmirsə və bu barədə iradını bildirirsə, o halda əməkdaş əlcək taxaraq pizzanı yenidən hazırlayır. Bizim iş standartımız belədir, əlcək taxılmır", - deyə restoran rəhbəri bildirib.