“Türkiyə ilə Azərbaycanın bağları müvəqqəti fikir ayrılıqlarından daha dərindir” - Bağçalı
“Shirvan Operating Company Ltd” ərazi partiya təşkilatında YAP-ın VIII Qurultayına həsr olunmuş tədbir keçirilib
KONSTİTUSİYA, ƏDALƏT VƏ QANUNUN ALİLİYİ — GÜCLÜ HÜQUQİ DÖVLƏTİN TƏMƏLİ! İSMAYIL ZALOVDAN AZƏRBAYCANIN HÜQUQ SİSTEMİNƏ YÜKSƏK DƏYƏR
Lənkəran ŞİH başçısı şəhid Aqşin İbadov, Emil Şıxəlizadə və Etiram Hüseynlinin məzarını ziyarət edib
Rövşən Məmmədov – milli dəyərlərə sədaqət, dövlətçilik mövqeyi və xeyirxahlıq ənənələrinə bağlılıq
Lənkəranda Prezident cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə dair ümumrayon müşavirəsi keçirilib
Ankara-Bakı təyyarəsində dava - Aeroporta enən kimi həbs olundu
Ötən il dekabrın 27-si yerinə yetirilən Ankara-Bakı reysində iki nəfər arasında dava düşüb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Xaçmaz rayon sakini 1989-cu il təvəllüdlü Z.Baloğlanov təyyarədən düşərkən polis əməkdaşları tərəfindən saxlanılıb. Məlum olub ki, təyyarə Bakıya eniş edərkən onunla digər sərnişin arasında insident yaşanıb.
Saxlanılan şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib edilib. Onun sərxoş halda olması müəyyənləşdirilib.
Xəzər Rayon Məhkəməsinə göndərilən Z.Baloğlanov törətdiyi xətanı qismən etiraf edib: “Ankara-Bakı aviareysi ilə uçub Bakıda hava limanına eniş etdik. Oturduğum yerdən qalxıb çıxmaq istəyərkən yanımda əyləşmiş digər sərnişin tez keçmək üçün məni itələdi. Bu zaman həmin sərnişinlə aramızda narazılıq oldu. Bakıya gəlməmişdən öncə Ankara aeroportunda bir az spirtli içki qəbul etmişdim. Təyyarədən düşəndən sonra həmin sərnişin məndən şikayət edib. Bundan sonra məni polis şöbəsinə gətirdilər. Müəyyən səbəblərdən 4 gün yuxusuz olduğumdan gərgin idim, əsəblərimi cilovlaya bilməyərək xırda xuliqanlıq hərəkətlərinə yol verdim”.
Məhkəmənin qərarı ilə Z.Baloğlanov 4 günlük həbs olunub və dekabrın 31-i sərbəst buraxılıb.
Aslan Vəliyev























































