Masallıda 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış üç qəhrəmanın doğum günü ehtiramla qeyd olundu.
Lökbatan hövzəsi üzrə gətirici kanalizasiya kollektoru və tullantı sutəmizləyici qurğu tikilir
Xətai rayon İcra Hakimiyyətində 22 İyul – Azərbaycan Milli Mətbuatı və Jurnalistika Günü münasibətilə tədbir keçirilib.
Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatı 22 İyul - Milli Mətbuat Günü münasibətilə tədbir keçirib.
Hikmət Məmmədov – xeyriyyəçiliyi, vətənpərvərliyi və işgüzarlığı ilə seçilən nüfuzlu şəxsiyyət
İbrahim Cəfərov – Azərbaycan aqrar elminin inkişafına töhfə verən alim və təşkilatçı
“Səyyar Gənclər Xidməti” layihəsi növbəti dəfə Ağsu gəncləri üçün yeni imkanlar yaradıb
Əmanətlərin Sığortalanması Fondunun rəsmiləri EFDI-ın illik görüşündə iştirak edib
Jalə Ağakişi: Milli mətbuatın inkişafı dövlətçiliyimizin və milli düşüncəmizin ayrılmaz tərkib hissəsidir
"Merhemet.TV"-nin rəhbəri Gülnara Həmidova: Milli mətbuat cəmiyyətin inkişafının və həqiqətin ən etibarlı tribunasıdır
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov: Milli mətbuat dövlətçiliyimizin, milli həmrəyliyimizin və ictimai inkişafımızın etibarlı dayağıdır
Cənubunsəsi xəbər portalının təsisçisi və baş redaktoru Mərhəmət Lələyev təltif edildi
Xeyriyyəçi ziyalı xanım Zərniyar Kərimova: Maarifçiliyin, həqiqətin və milli dəyərlərin təntənəsi
22 İyul – Milli Mətbuat və Jurnalistika Günü: Milli düşüncənin və dövlətçilik ənənələrinin daşıyıcısı
Xeyriyyəçilik və sahibkarlığın vəhdəti: “EL Holding”in rəhbəri Elçin Muradovun nümunəvi fəaliyyəti
İş adamı Cəbrayıl Cəbrayılovdan Yeni 2026-cı il və 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə səmimi təbrik
31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni 2026-cı ilin gəlişi Azərbaycan xalqının həyatında xüsusi məna və önəm daşıyan əlamətdar tarixlərdəndir. Bu müqəddəs günlər milli birliyimizin, həmrəyliyimizin, Vətənə bağlılığımızın və gələcəyə olan inamımızın parlaq ifadəsidir. Məhz bu xoş fürsətdən istifadə edərək iş adamı Cəbrayıl Cəbrayılov Azərbaycan Respublikasının bütün xalqını, dünya azərbaycanlılarını bu əlamətdar bayramlar münasibətilə ürəkdən təbrik edir.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü xalqımızın tarixi yaddaşında milli birlik və azərbaycançılıq ideologiyasının təntənəsi kimi mühüm yer tutur. Bu əlamətdar günün ideya əsasları Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti ilə formalaşmış, onun xalqımızın birlik və bərabərliyi naminə atdığı tarixi addımlar bu gün də böyük əhəmiyyət daşıyır. Məhz Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi azərbaycançılıq ideologiyası dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızı bir amal ətrafında birləşdirmiş, milli kimliyimizin qorunub saxlanmasına güclü zəmin yaratmışdır.
Bu gün Ulu Öndərin siyasi kursu onun layiqli davamçısı, möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan müstəqil, güclü və qalib dövlət kimi beynəlxalq arenada öz layiqli yerini daha da möhkəmləndirmişdir. Ölkəmizdə hökm sürən sabitlik, inkişaf və sosial rifah bu uğurlu siyasətin bariz nəticəsidir.
İş adamı Cəbrayıl Cəbrayılov qeyd edir ki, Yeni 2026-cı ilin gəlişi hər birimiz üçün yeni ümidlər, yeni hədəflər və yeni nailiyyətlər deməkdir. Qoy qarşıdan gələn il ölkəmizə daha çox uğur, sülh və əmin-amanlıq gətirsin. Bu günlərdə Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizi dərin ehtiramla yad edir, onların ailələrinə səbir və dözüm arzulayır. Qəhrəman qazilərimizə və müharibə veteranlarımıza isə möhkəm cansağlığı və uzun ömür diləyir.
Cəbrayıl Cəbrayılov bildirir ki, hər bir vətəndaşın üzərinə düşən əsas vəzifə ölkəmizin inkişafına öz töhfəsini vermək, milli həmrəyliyi qorumaq və gələcək nəsillərə güclü Azərbaycan miras qoymaqdır. O, yeni ildə bütün azərbaycanlılara ailə səadəti, firavanlıq, bol ruzi və xoş günlər arzulayır.
Yeni 2026-cı iliniz mübarək olsun! Qoy həmrəyliyimiz daim möhkəm, gələcəyimiz isə işıqlı olsun!























































