MKİ direktorunun Rusiyaya məxfi səfəri: ABŞ kəşfiyyatının bir nömrəli şəxsi Moskvada nə axtarırdı?
Anar Cəfərov – Yol hərəkəti təhlükəsizliyinə məsuliyyətli və peşəkar yanaşmanın nümunəsi
Əhməd Məmmədov – “İsti-isti” kulinariyanın uğurunda zəhməti və peşəkarlığı ilə seçilən rəhbər
Mehriban Əliyeva – Dövlətçilik missiyasına sədaqət və Prezident İlham Əliyevin etibarlı silahdaşı
Xeyriyyəçi, Vətənpərvər xanım Zərniyar Kərimova: “Mehriban Əliyeva – mələk simalı qadın”
Mehriban Əliyeva – Azərbaycan mədəniyyətinin və teatr sənətinin inkişafına böyük töhfə verən şəxsiyyət
Mehriban Əliyeva – ictimai-siyasi fəaliyyətin və humanizm dəyərlərinin parlaq nümunəsi
O, hər kəsin Mehribanıdır – hər evdə mərhəmətə, ümidə və xeyirxahlığa açılan bir pəncərə var onun simasında...
Beynəlxalq hüquq müdafiəçisi İsmayıl Zalov Gəncə Ağır Cinayətlər Məhkəməsində şəffaf və obyektiv məhkəmə prosesini yüksək qiymətləndirdi
Azərbaycanda vərəmə yoluxma halları son 15 ildə əhəmiyyətli dərəcədə azalıb
2010-2024-cü illərdə Azərbaycanda əhalinin hər 100 min nəfərinə düşən vərəmə yoluxma halları 28.1 bənd azalaraq 25.6 təşkil edib. 2010-cu illə müqayisədə 2024-cü ildə bu göstərici kişilər arasında 46.1 bənd azalaraq 33.7-yə, qadınlar arasında isə 10.5 bənd azalaraq 17.7-yə enib.
Oxu.Az rəsmi məlumatlara istinadən xəbər verir ki, 2024-cü ildə ilk dəfə qoyulmuş diaqnozla qeydiyyata alınan 2 617 xəstənin 1 712 nəfəri və ya 65.4 faizi kişi, 905 nəfəri və ya 34.6 faizi qadın olub.
Yaş qrupları üzrə bölgüyə gəldikdə isə, 2024-cü ildə vərəmə yoluxma halları ən çox 15-49 yaş qrupunda qeydə alınıb. Bu yaş kateqoriyasında 1 612 nəfər xəstə qeydiyyata alınıb. Ən az yoluxma halı isə 0-14 yaş qrupunda olub və bu göstərici 153 nəfər təşkil edib.
Əhali arasında vərəm xəstəliyinin yayılma səviyyəsini ölçmək üçün hər 100 min nəfərə düşən yeni yoluxma halları göstəricisindən istifadə olunur. Bu göstərici il ərzində vərəmə yeni yoluxanların (residiv hallar istisna olmaqla) sayının əhalinin ortaillik sayına nisbətinin 100 min nəfərə vurulması yolu ilə hesablanır.
Vərəm insan orqanizminin müxtəlif üzvlərində yayıla bilən, spesifik iltihabi dəyişikliklərə səbəb olan yoluxucu xəstəlikdir. Hazırda da dünya üzrə ən təhlükəli infeksiyalardan biri hesab olunur və əsasən əmək qabiliyyətli əhali qrupuna təsir göstərir.
Elmidar Əliyev























































