Vətənə və dövlətə bağlı sahibkarlığın nümunəsi – Minera Group şirkətlər qrupunun təsisçisi və rəhbəri Xudaqulu Rzayev
Həkim Pərvaz Kişiyevin fəaliyyəti ilə bağlı suallar cavabsız qalır – rəsmi qurumların susqunluğu ictimai narahatlıq yaradır
Xudayar Rəhimov – Cəlilabadın yol təsərrüfatının inkişafına töhfə verən rəhbər, şəhid ailələri və qazilərin yaxın dostu
İSMAYIL ZALOV: “İNSAN HÜQUQLARINA HÖRMƏT EDƏK, QANUNLARI POZMAYAQ, AZADLIĞIMIZIN QƏDRİNİ BİLƏK”
Zərərli olan hər şeyi süngər kimi özünə çəkir
Şampinyonlar praktik olaraq həzm prosesində sovrulmayan göbələk lifləri ilə zəngindir. Bu göbələk lifləri süngər kimi fəaliyyət göstərərək zərərli olan hər şeyi özünə çəkir.
“Qafqazinfo” xəbər verir ki, şampinyonun lifi yoğun bağırsaqla irəliləyərək, böyük miqdarda zəhərli maddələri özünə hopdurur və daha sonra xaricə çıxarır.
Şampinyondan istifadə bağırsağın peristaltikası üçün də faydalıdır. Əlavə olaraq onların lifi “yaxşı” bağırsaq bakteriyaları (xüsusilə bifidobakteriayalar, laktobakteriyalar) üçün qida mənbəyi rolunu oynayır. Bunun sayəsində immun sisteminin aktiv fəaliyyəti, orqanizmin infeksiyalardan effektli müdafiəsi, depressiyalı vəziyyətin profilaktikası və beyin xəstəlikləri ilə sıx bağlı olan bağırsaq mikroflorasının ümumi vəziyyəti yaxşılaşır.
Fərdi məhdudiyyətlər olmadığı halda şampinyon arıqlamağa cəhd göstərən insanlar üçün çox faydalıdır.
Arıqlayanlar üçün şampinyon o cəhətdən ideal ərzaqdır ki, onlarda demək olar, kalorililik yoxdur. Şampinyonların bütün kalorililiyi yalnız liflə təmsil olunur. Məlumdur ki, lif həzm olunmur, üstəlik də onların tərkibində yağ və karbohidratlar yoxdur.























































