İsfəndiyar Axundov – quruculuq ənənələrinə və sahibkarlıq məsuliyyətinə söykənən fəaliyyət yolu
Cəbrayılın aqrar dirçəlişi: Şahin Şirinovun rəhbərlik etdiyi sahənin inkişaf perspektivləri
Ticarətdən birgə istehsala: Azərbaycan və Mərkəzi Asiya arasında yeni iqtisadi model
Deputat: Müasir Azərbaycan müstəqil siyasət həyata keçirir, nəqliyyat, enerji və siyasi layihələri inkişaf etdirir
Dövlətə və dövlətçiliyə sədaqətli xidmətin nümunəsi – Taleh Məmmədova ad günü təbriki!
“Heydər Əliyev - Azərbaycan fenomeninin uydurulmamış tarixi” kitabı xarici müəllifin Azərbaycan həqiqətlərinə baxışıdır
Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi
Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkiyə, Rusiya, İrlandiya, İsrail və Azərbaycan — Bakıda bir ideya ətrafında səkkiz ölkə
Bu duzdan istifadə asılılıq yaradır
Çox vaxt acdıqda və ya tələsəndə fast-fudlara və restoran yeməklərinə üstünlük veririk, lakin onlara Çin duzu vurulduğundan həmin qidalardan asılı vəziyyətə düşürük. Xüsusən uşaqların çox sevdiyi çipslərin, hazır kotletlərin, ət suyu tabletlərinin, hazır şorbaların, rəngli yoqurtların tərkibində Çin duzu var. Mütəxəssislərin dediyinə görə, ənənəvi yeməklərin dadını pozan, qida zövqünü dəyişən də elə Çin duzudur.
“Qafqazinfo” xəbər verir ki, ağızda normal bildiyimiz dörd dad var. Çin duzu onları məhv edərək beşinci umami dadını yaradır. Bu da birbaşa həmin qidalardan, Çin duzu istifadə edilən məhsullardan asılılıq yaradır, daha doğrusu, ağız dadı həmin yeməklərə öyrəşir.
Elmi adı “mono sodium glutamate” olan Çin duzunun orqanizmə ziyanı var. Sintetik mənşəli olduğuna görə orqanizmdə həll olunmur və buna görə də daxili orqanların funksiyalarını pozur. İlk növbədə qaraciyərin fəaliyyətinə mənfi təsir edir, qan dövranını sürətləndirir və ya birdən-birə aşağı saldığına görə ürək-damar sisteminin fəaliyyətinin pozulmasına və qəfil ürək tutmasına aparıb çıxarır.
Həmin qidalardan istifadə edən uşaqlarda hiperaktivlik, diqqət əskikliyi və yorğunluq baş verir. Onlarda həmin qidalara asılılıq yarandığı üçün yenidən qəbul edəndə dərhal enerjiyə malik olur və valideynləri yanıldır.
Həmin asılılıqdan qurtarmaq üçün mütəxəssislər Naxçıvan qaya duzu və ya Himalay duzundan istifadə etməyi məsləhət görürlər.
Qeyd edək ki, Çin duzundan istifadə edilməsi bir çox ölkələrdə qadağan edilib.























































