26 oktyabr 2026-cı il tarixində Vətən Müharibəsi şəhidi İbrahimov Xeyrilla Mais oğlunun məzarı ziyarət edilib
İsmayıl Zalovla müsahibə: “Hüquqların müdafiəsi ilə yanaşı, insanları barışdırmaq da mühüm missiyamızdır”
“Türkiyə ilə Azərbaycanın bağları müvəqqəti fikir ayrılıqlarından daha dərindir” - Bağçalı
“Shirvan Operating Company Ltd” ərazi partiya təşkilatında YAP-ın VIII Qurultayına həsr olunmuş tədbir keçirilib
KONSTİTUSİYA, ƏDALƏT VƏ QANUNUN ALİLİYİ — GÜCLÜ HÜQUQİ DÖVLƏTİN TƏMƏLİ! İSMAYIL ZALOVDAN AZƏRBAYCANIN HÜQUQ SİSTEMİNƏ YÜKSƏK DƏYƏR
Göz sağlamlığı üçün faydalı təbii qidalar
Qeyri-sağlam qidalanma və ekoloji amillər bütün orqanlara, o cümlədən, gözlərin sağlamlığına mənfi təsir göstərir. Son vaxtlar bioaktiv qidalara tələbat olduqca artmaqdadır. Bitki mənşəli bioloji aktivliyə malik həmin məhsullar kapsul, tablet, toz, sirop və digər formada hazırlanır. Ona görə də gözlər üçün faydalı vitaminlərlə zəngin yaşıl bitki tərkibli qidalara üstünlük vermək tövsiyə olunur.
“Qafqazinfo” xəbər verir ki, aparılan tədqiqatlar göz sağlamlığı üçün hansı qidaların daha çox faydalı olduğunu müəyyən edib.
Tərkibində lütein miqdarı çox olan bişmiş və çiy halda ispanaq, bişmiş halda kələm və çiy halda cəfəri qəbul edilməsi gözlər üçün çox faydalıdır.
Gözlərin torlu qişasının normal fəaliyyəti üçün A vitaminin qəbulunu vacibdir. Həmin vitaminin çatışmazlığı gözlərdə “toyuq korluğu” adlanan xəstəliyin inkişafına səbəb olur. Gözdə yaranan problemlərin qarşısını alan vitaminlərdən biri də Omeqa-3 yağıdır. Omeqa-3 yağ turşusu görmə qabiliyyətini yaxşılaşdırır. Gözlərin arxasında yerləşən torlu qişa və hüceyrə membranını qoruyur.
Orta yaşda olan sağlam insanlar həftədə iki-üç dəfə yağlı balıq istehlak etməklə 0,5-1 qram Omeqa-3 qəbul edə bilərlər. Tədqiqatlar balıq yağının quru göz sindromunu müalicə etdiyini göstərib.
S vitamini ilə zəngin meyvə və tərəvəzlərin gözə faydası çox böyükdür. Portağal və limon S vitamini ilə zəngin olduğuna görə göz əzələlərinin tonusunu tənzimləyir və damarları möhkəmləndirir. Həmin vitaminin çatışmazlığı isə gözlərin yorğunluğuna və qansızmalara səbəb olur.
Görmə qabiliyyətində problem olanlara tərkibi sinklə zəngin olan qidalardan - yerkökü, yaşıl tərəvəzi qida rasionuna əlavə etmək məsləhət görülür.























































