Vətənə və dövlətə bağlı sahibkarlığın nümunəsi – Minera Group şirkətlər qrupunun təsisçisi və rəhbəri Xudaqulu Rzayev
Həkim Pərvaz Kişiyevin fəaliyyəti ilə bağlı suallar cavabsız qalır – rəsmi qurumların susqunluğu ictimai narahatlıq yaradır
Xudayar Rəhimov – Cəlilabadın yol təsərrüfatının inkişafına töhfə verən rəhbər, şəhid ailələri və qazilərin yaxın dostu
İSMAYIL ZALOV: “İNSAN HÜQUQLARINA HÖRMƏT EDƏK, QANUNLARI POZMAYAQ, AZADLIĞIMIZIN QƏDRİNİ BİLƏK”
Türkiyə qəzanın araşdırılması üçün 4 prokuror təyin etdi
Liviya nümayəndə heyətini daşıyan və Liviya Baş Qərargah rəisi general Məhəmməd Əli Əl-Həddadın olduğu təyyarənin qəzaya uğraması ilə bağlı araşdırmaya başlanılıb.
“Qafqazinfo”nun məlumatına görə, Türkiyənin ədliyyə naziri Yılmaz Tunç bildirib ki, Ankara Baş Prokurorluğu hadisə ilə əlaqədar istintaq başladıb.
“Ankara Baş Prokurorluğu tərəfindən Liviya Baş Qərargah rəisi general Məhəmməd Əli Əl-Həddad da daxil olmaqla sərnişinləri daşıyan təyyarənin qəzaya uğraması ilə bağlı araşdırma aparılır. İstintaq çərçivəsində bir baş prokuror müavininin koordinasiyası altında dörd prokuror təyin edilib. Araşdırma bütün aspektlər üzrə ətraflı və dəqiq şəkildə davam etdirilir”, - Y.Tunç sosial media hesabında verdiyi açıqlamada qeyd edib.
Qeyd edək ki, Tripoliyə uçmaq üçün Ankara Esenboğa Hava Limanından havaya qalxan təyyarə naməlum səbəbdən Ankara vilayətinin Haymana rayonunun Kesikkavak kəndi ərazisində dağlıq sahəyə düşüb. Qəza yerində aparılan axtarışlar nəticəsində təyyarənin qalıqları aşkarlanıb.























































