18 Oktyabr – Müstəqilliyin Bərpası Günü: Azərbaycan xalqının azadlıq iradəsi, milli qüruru və dövlətçilik salnaməsi
“Qarabağ”-“Neftçi” oyunu ilə bağlı insidentə cəhd edən 19 azarkeş saxlanılıb - Yenilənib
Taleh Məmmədov: 18 Oktyabr – Azadlıqdan qüdrətə, müstəqillikdən böyük gələcəyə doğru
Vətən müharibəsi iştirakçısı Rəsul Həsənov: Müstəqillik Azərbaycanın Ən Böyük Sərvətidir: 18 Oktyabrın Tarixi və Mənəvi Əhəmiyyəti
İqrar Həsənov: 18 Oktyabr – Azərbaycan dövlətçiliyinin yenidən doğuluşu və azadlıq salnaməmizin şanlı səhifəsi
Xeyriyyəçi sahibkar xanım Zərniyar Kərimova: 18 Oktyabr – Müstəqil Azərbaycanın tarixi qələbələrinin və milli iradəsinin simvolu
Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov: 18 Oktyabr – Azərbaycan xalqının azadlıq iradəsinin və dövlətçilik əzminin tarixi təntənəsi
Qax RİH-nin başçısı Elvin Paşayev: 18 Oktyabr – Müstəqilliyimizin bərpası, milli qürurumuzun və dövlətçilik iradəmizin təntənəsi
Eks-icra başçısının xanımı da ifadə verdi - “Oğlum çox şeyi onunla məsləhətləşirdi”
ATİLLA TRANS SERVICES A MMC-NİN FƏALİYYƏTİ: 20 NƏQLİYYAT VƏ VERGİ ÖHDƏLİKLƏRİ İLƏ BAĞLI SUALLAR CAVAB GÖZLƏYİR
Gülnara Həmidova unudulmaz dostu Şahin Babayevi doğum günündə məzarı başında yad etdi
AVROPA ZİRVƏSİNDƏ AZƏRBAYCANIN QÜRURU — FUAD HƏSƏNOVDAN ÜÇ MEDAL, DÖVLƏT QAYĞISININ VƏ GƏNCLİYİMİZİN ZƏFƏR TƏNTƏNƏSİ!
Qələmin susmadığı gün: sözə, dövlətə və ana ruhu¬na sadiqliyin dövlət təsdiqi
Bu gün mənim üçün sadəcə bir təltif günü deyil. Bu gün bir ömrün, bir taleyin, bir sükuta sığmayan ağrının və susmayan qələmin dövlət səviyyəsində eşidildiyi gündür. Azərbaycan milli mətbuatının 150 illiyi münasibətilə “Mətbuatın 150 illiyi” medalı ilə təltif olunmağım mənim üçün şəxsi sevincdən çox, mənə etibar edilmiş sözün, çəkilmiş zəhmətin və yaşanmış ağrıların dəyər görməsidir.
Bu yüksək qiymətə görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə və Medianın İnkişafı Agentliyinin rəhbərliyinə dərin minnətdarlığımı bildirirəm. Bu medal mənim üçün mükafat deyil, məsuliyyətdir. Çünki mən jurnalistikanı, müəllimliyi, pedaqoji və musiqi fəaliyyətimi heç vaxt medal, titul və ya qarşılıq üçün seçmədim. Mən bunları bir azərbaycanlı olaraq dövlətimə sədaqətimin təbii ifadəsi kimi yaşadım. Lakin əməyin dəyərləndirilməsi təkcə bir insanı yox, minlərlə zəhmətkeş qələm sahibini, müəllimi, yaradıcı insanı ruhlandıran güclü bir mesajdır.
Qələmim bu günün qələmi deyil. O qələm hələ Kəlbəcər şəhər 1 nömrəli orta məktəbin birinci sinfində, uşaq əllərimlə yazdığım anaya, təbiətə, baharın gəlişinə həsr olunan sadə yazılarda doğulmuşdu. O vaxt bilmirdim ki, həyat məni sözün ən ağır sınaqlarından keçirəcək. Sonra anamı itirdim. Ardınca torpaqlarımız işğal olundu. Kəlbəcərsiz qaldıq. Köçkünlük, itki, nisgil həyatımızın gündəlik nəfəsinə çevrildi. O zaman qələmim artıq sadəcə yazmırdı — qisas alırdı. Qarabağ həqiqətlərini dünyanın kar olmuş qulaqlarına çatdırmaq üçün qan yaşla yazırdı. Hər cümləmdə bir ağrı, hər sətirdə bir fəryad vardı.
Nəhayət, xalq bir oldu. Dövlət başçımızın, Ali Baş Komandanımız cənab İlham Əliyevin dəmir yumruğu ətrafında birləşdik. Şəhidlərimizin qanı, qazilərimizin canı bahasına Qələbəyə çatdıq. O gündən sonra qələmim dəyişdi. İntiqamdan sevgiyə keçdi. Qaranlıqdan işığa yazmağa başladı.
Bu yolda mənə ilham verən, ruhumu ayaqda saxlayan anam Çiçəyin əziz xatirəsi qarşısında baş əyirəm. Onun mənə yadigar qoyub getdiyi övladlarına, bacı-qardaşlarıma minnətdaram. Mən bütün çətinliklərə, qaranlıqlara baxmayaraq onlara olan sevgimdən bir an belə vaz keçmədim. Fədakar ana oldum. Bu gün onların gözlərində gördüyüm güvən və sabah ümidləri bütün ağrılarımın cavabıdır.
Musiqi isə mənim taleyimin səsi oldu. Uşaqlıqdan ruhuma hopan melodiyalar anamın nəfəsi kimi məni qorudu. Onu itirdiyim gün zaman dayandı, amma musiqi dayanmadı. Qarabağ işğal olunanda təkcə torpaqlarımız yox, anamın məzarı da əsir qaldı. Köçkün yolları, bacı itkisi, tələbəlik illərinin təkliyi… bütün bunların içində məni yaşadan bir səs vardı. O səs anamın səsi idi. Hər melodiyada, hər səssizlikdə o səs mənə pıçıldadı: “Qaranlıqdan qorxma, sən işığa doğulmusan.”
Bu gün aldığım medal bütün bu yolun — ana itkisi ilə böyüyən bir uşağın, köçkünlükdən keçən bir gəncin, sözə sadiq qalan bir qadının yolunun dövlət tərəfindən tanınmasıdır. Mən bunu şəxsi nailiyyət kimi deyil, sözə, dövlətə və milli yaddaşa xidmət edən hər kəs üçün bir ümid işığı kimi qəbul edirəm.
Əgər bu qələm bu gün susmayıbsa, əgər bu səs hələ də eşidilirsə — bilin ki, onun arxasında bir ana duası, bir Vətən ağrısı və bir dövlətə sədaqət dayanır.
Cəmilə ÇİÇƏK
Tədqiqatçı-jurnalist,
Prezident təqaüdçüsü,
Zekainfo.az saytının baş redaktoru

























































