“AI Career Navigator” proqramı 200-dən çox gənci süni intellektin karyerada rolu ilə tanış edib.
Cəbrayılın aqrar dirçəlişi: Şahin Şirinovun rəhbərlik etdiyi sahənin inkişaf perspektivləri
“Regionlarda könüllü gənclərin bacarıqlarının artırılması və intellektual inkişafına dəstək” layihəsi həyata keçirilib
Ticarətdən birgə istehsala: Azərbaycan və Mərkəzi Asiya arasında yeni iqtisadi model
Deputat: Müasir Azərbaycan müstəqil siyasət həyata keçirir, nəqliyyat, enerji və siyasi layihələri inkişaf etdirir
Dövlətə və dövlətçiliyə sədaqətli xidmətin nümunəsi – Taleh Məmmədova ad günü təbriki!
“Heydər Əliyev - Azərbaycan fenomeninin uydurulmamış tarixi” kitabı xarici müəllifin Azərbaycan həqiqətlərinə baxışıdır
21 dekabr - Ümumdünya meditasiya günü ilə bağlı REPORTAJ
21 dekabr - Ümumdünya meditasiya günü insanlar arasında sağlamlıq, rifah halını yaxşılaşdırmaq və dünyaya sülh yaymaq üçün qeyd olunur.
Oxu.Az PhotoStock.az-a istinadən xəbər verir ki, meditasiya üsullarından biri olan yoqa insanın fiziki və mənəvi olaraq rahatlıq tapmasına imkan yaradır, əzələləri gücləndirir, oynaqların sağlamlığını qoruyur, stresi azaldır və yuxu keyfiyyətini yaxşılaşdırır.
Çoxşaxəli meditasiya üsulu olan yoqanın son zamanlar geniş yayılmış növləri arasında "Hatha", "Fly" və "Sadhu" kimi növlər yer alır.
"Hatha yoqa" bədənin elastikliyini artırmaq, düzgün nəfəs və duruşu formalaşdırmaq üçün əsas yoqa növü kimi tətbiq olunur.
"Fly yoqa" xüsusi asılqan parçalarla həyata keçirilərək həm bədəni yüngülləşdirir, həm də hərəkət azadlığı yaradır. "Sadhu yoqa" isə iradə, səbir və zehni gücün ön plana çıxdığı meditativ bir proses kimi qəbul olunur.
Beş ildir yoqa ilə məşğul olan Aytən Atakişiyeva bu meditasiya üsulunun sadəcə fiziki olaraq deyil, həm də ruh və düşüncə üçün şəfalı olduğunu düşünür.
Məhz bu səbəbdən yoqa onun həyat tərzinə çevrilib. Aytən Atakişiyevanın fikrincə, yoqa insanın özünü dinləməsi, yaşadığı anın dadını çıxarması və daxili rahatlıq tapması üçün ideal meditasiya yoludur.























































