Vətən müharibəsi qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin Baş giziri Zaur Ələkbərov bu gün sizin gününüzdü
"Körpü-Bina-Tikinti” MMC-nin rəhbəri Xəlil Göyüşov: Qalib Ordumuz – Güclü Azərbaycanın qürur salnaməsi
Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev: Şanlı Azərbaycan ordusu – dövlətimizin gücü, xalqımızın qüruru
Qax rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 26 İyun- Silahlı Qüvvələr Günü ilə əlaqədar rayon tədbiri keçirilib.
Vətənə sədaqətin əbədi ünvanı – İtkin döyüşçü Elşən Zakir oğlu Əsgərovun şərəfli ömür yolu
Bakıda II “Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” Forumu bədii hissə ilə bitdi
“Azərbaycan Ordusu güclü dövlətçiliyimizin və milli təhlükəsizliyimizin möhkəm təməlidir”
Zərniyar Kərimova: “26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü milli qürur və qəhrəmanlıq bayramıdır”
Zaur Muradov: “26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü xalqımızın qürur və şərəf bayramıdır”
Xezertv.info-nun rəhbəri Fərid Faiq oğlu Səfərov: 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü, qürur və şərəf bayramıdır
Şahin Babayevin əziz xatirəsi dərin ehtiramla anıldı
20.12.2025-ci il tarixdə Azərbaycan jurnalistikası üçün ağır itkilərdən biri olan, Azərbaycan Jurnalistlər Birliyinin sədr müavini, xətri həmişə bizə əziz Şahin Babayevin vəfatından 40 gün ötür. Bu münasibətlə mərhumun 40 mərasimi Bakıda, Heydər Əliyev Məscidinin mərasim zalında keçirildi. Mərasim dərin hüzn, eyni zamanda böyük ehtiram və hörmət hissləri ilə yadda qaldı.
Anım mərasimində Şahin müəllimin ailə üzvləri, yaxın qohumları, dost-tanışları, silahdaşları, həmçinin media nümayəndələri və ictimaiyyətin tanınmış simaları iştirak etdilər. Zalda toplaşan hər kəsin üzündə kədər və təəssüf hissi açıq-aydın sezilirdi. Bu, Şahin Babayevin cəmiyyət və media cameəsi üçün nə qədər dəyərli şəxsiyyət olduğunun bariz nümunəsi idi.
Mərasim Qurani-Kərimin tilavəti ilə başladı. Mərhumun ruhuna ayələr oxundu, dualar edildi, Allahdan ona rəhmət, ailəsinə və yaxınlarına səbir diləndi. Oxunan dualar mərasim iştirakçılarının qəlbində dərin təsir buraxdı, hər kəs Şahin müəllimin pak ruhunun şad olması üçün səmimi niyyətlə amin dedi.
Çıxış edənlər Şahin Babayevin həyat və fəaliyyət yolundan bəhs etdilər. Qeyd olundu ki, o, uzun illər Azərbaycan jurnalistikasına sədaqətlə xidmət etmiş, peşə etikası, prinsipial mövqeyi və insanlara olan səmimi münasibəti ilə seçilmişdir. Azərbaycan Jurnalistlər Birliyinin sədr müavini kimi o, media nümayəndələrinin hüquqlarının qorunması, söz azadlığının inkişafı və gənc jurnalistlərin formalaşması istiqamətində mühüm işlər görmüşdür.
Şahin müəllim təkcə peşəkar jurnalist və ictimai xadim deyil, eyni zamanda yüksək mənəvi keyfiyyətlərə malik bir insan kimi xatırlanır. Onu tanıyanlar Şahin Babayevin təvazökarlığını, səmimiyyətini, köməyə ehtiyacı olanlara hər zaman əl uzatmasını xüsusi vurğuladılar. Dostları və həmkarları onun nurlu simasının, xoş ünsiyyətinin və dəyərli məsləhətlərinin yaddaşlarda daim yaşayacağını bildirdilər.
Mərasim iştirakçıları Şahin Babayevin xatirəsinin daim əziz tutulacağını, onun jurnalistikaya verdiyi töhfələrin heç zaman unudulmayacağını qeyd etdilər. Bildirildi ki, belə şəxsiyyətlər cismani olaraq aramızdan ayrılsalar da, gördükləri işlər, qoyduqları iz və xoş xatirələr vasitəsilə daim yaşayırlar.
Şahin Babayevin 40 mərasimi bir daha göstərdi ki, o, təkcə ailəsinin deyil, bütün media ictimaiyyətinin itkisidir. Allahdan mərhuma rəhmət, yaxınlarına isə səbir diləyirik. Şahin müəllimin ruhu şad olsun, məkanı cənnət olsun.
Gülnara Həmidova
AYB və AJB-nin üzvü
Merhemet.Tv-nin rəhbəri


























































